Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Rusiya xarici işlər naziri Sergey Lavrov, " Sizcə, Türkiyə, Suriya ilə sərhədi niyə bağladı" sualına, "Türkiyənin verdiyi bu qərarı araşdırırıq. Bizdə olan məlumatlara görə sərhəd-keçid məntəqələri Suriya tərəfindən müxalif qrupların nəzarətinə keçib. Müxalif anlayışı çox genişdir. Bəzi məlumatlara görə sərhəddəki bu qruplar Əl Qaidə terrorçularıdır.", - deyə cavab verib.
Moskvada Yunan Kiprinin xarici işlər naziri Erato Kozaku Markulli ilə görüşən Lavrov, daha sonra mətbuat konfransı təşkil edib. Qərb ölkələri, Bəşşar Əsədin nazirlərinə qarşı keçirilən terror əməliyyatını pisləməməsini qeyd edən Lavrov bildirib ki, BMT Təhlükəsizlik Şurası və Qərb ölkələri bununla, Suriya bizim istədiyimiz istiqamətdə addım atana qədər bu cür terror əməliyyatlarını dəstəkləyəcəyik demək istəyir. Bu bizi narahat edir.
Avropa Birliyinin Suriyaya qarşı bir tərəfli sanksiya qərarının Cenevrədə imzalanan müqaviləyə də zidd olduğunu bildirən Lavrov, "Biz bir tərəfli sanksiyalara qarşıyıq. Biz bütün problemlərin ortaq müzakirə ilə həll edilməsinin tərəfdarıyıq. Suriyadakı problemin həll edilməsi üçün həm hökumətə, həm də müxalifətə bərabər şəkildə təzyiq edilməlidir.", - deyib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır