Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən ”İnanclı Vətəndaşların İnsan Haqlarına Dəstək” Təşəbbüs Qrupu DEVAMM-ın Azərbaycan İslam Partiyasının sədr müavini Hacı Vaqif Abdullayevin faciəli şəhadəti ilə bağlı bəyanatına qoşulur və hesab edir ki, bu istiqamətdə bütün müvafiq təsisat və təşəbbüs qrupları birgə addıma keçməlidirlər.
Xatırladaq ki, Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi (DEVAMM) Azərbaycan İslam Partiyasının sədr müavini Hacı Vaqif Abdullayevin faciəli vəfatı ilə bağlı bəyanat verib. Bəyanatda deyilir: “Biz hesab edirik ki, Vaqif Abdullayev öz baxışlarına görə təqibə məruz qalıb və qeyri-obyektiv keçirilən məhkəmənin əsassız, qeyri-hüquqi hökmü ilə uzun müddətə azadlıqdan məhrum edilib. Cəzaçəkmə müəssisələrində xəstəliyinin şiddətlənməsinə baxmayaraq Vaqif Abdullayev ciddi həkim nəzarəti və müalicə ilə təmin edilməyib. Xəstəliyinin son dərəcə şiddətlənməsi mərhələsində belə Vaqif Abdullayevin xilası üçün zəruri addımlar atılmayıb. Bütün bunların nəticəsində Vaqif Abdullayev zindanda dünyasını dəyişib".
DEVAMM Vaqif Abdullayevə qarşı bu cür davranışı qəti pisləyir, onun ölümündə günahkar olanların aşkarlanıb məsuliyyətə alınmasını tələb edir: "Vaqif Abdullayevə qarşı sərgilənən bu rəftar ən ümdə konstitusion hüquq və azadlıqların pozulması deməkdir”.
Bəyanatda siyasi məhbusların həyat və sağlamlıqlarına birbaşa və aşkar təhlükənin mövcudluğundan narahatlıq bildirilir: “Bu sahədə vəziyyətin təcili düzəldilməsinə, hər bir vətəndaşın, o cümlədən azadlıqdan məhrum edilmə yerlərində, hüquqlarının qorunmasını tələb edirik”.
DEVAMM sədri İlqar İbrahimoğlu ictimaiyyəti bu bəyanata qoşulmağa çağırıb.
Vaqif Abdullayev siyasi fəaliyyətə 1993-cü ildə Azərbaycan İslam Partiyasının sıralarında başlayıb. 1998-ci ildən AİP-də təşkilati məsələlər üzrə sədr müavini olub.
P.S. Vaqif Abdullayev 2011-ci ilin yanvarında mövcud rejim tərəfindən ŞƏRLƏNƏRƏK tutulub. O, QONDARMA ağır cinayətlərdə ittiham olunaraq 11 il müddətinə azadlıqdan məhrum olunub. Vaqif Abdullayev 2012-ci il iyulun 12-də ZİNDANDA rejim tərəfindən ŞƏHİD edilib.
Nizami
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır