Hadisə iki nəfərin ölümü daha 8 nəfərin yaralanması ilə nəticələnib.İraqın təhlükəsizlik rəsmilərindən biri bu xəbər barədə deyib: Babil vilayətinin şimal məntəqələrində vəziyyət qeyri sabitdir və ara-sıra bu məntəqələrdə terrorçu qruplaşmalar tərəfindən törədilən partlayış və terror aktlarının şahidi oluruq.Dünən bazar günü (15 iyul) Bağdadın şimal şərqində Bəqubə şəhərinin mərkəzində bir maşına qoyulmuş bomba qurğusunun işə düşməsi 2 nəfərin ölümü 9 nəfərin yaralanması ilə nəticələnib.İraqın informasiya qaynaqları ABŞ və regiondakı bəzi Ərəb ölkələrinin bir qrupunu o cümlədən Ərəbistanı İraqda törədilən terror aktları və terrorçuları silahlandırmaqda suçlayırlar.
15 iyul 2012 - 19:30
Xəbər kodu: 329500
İraqın Babil vilayətinin mərkəzi Hillə şəhərinin şimalında bomba partlayıb.