Sionist İsrailin Müdafiə Naziri Ehud Barak, parlament komissiyasının daxili işlər və müdafiəyə həsr edilmiş iclasında çıxış edərək İran və Hizbullah haqda danışıb.Sionist Nazir bildirib ki, "İran və Hizbullah Bəşər Əsəd rejimini xilas etmək üçün səy göstərirlər. Mən ümidvaram ki, bu rejim və bu ailə hakimiyyətdən devriləcəkdir amma nə zaman onu deyə bilmərəm. İrana qarşı sanksiyalar effektsizdir və çətin ki, 6-lıqla İran arasında baş verən danışıqlar Tehranı dayandıra bilsin. İran silah istehsal edir amma nüvə silahını tam istehsal etmək üçün ona xeyli zaman lazımdır."Sionist Nazir həmçinin İsrail təhlükəsizlik qüvvələrinin narahatlığını da dilə gətirib. O bildirib ki, "Suriyadan Hizbullaha müasir silahların ötürülməsi halı qeydə alınıb. Və Hizbullahın silah anbarlarına bu silahların ötürülməsi narahat edci haldır."
11 iyul 2012 - 19:30
Xəbər kodu: 328530
Sionist Nazir bildirib ki, "İran və Hizbullah Bəşər Əsəd rejimini xilas etmək üçün səy göstərirlər.