11 iyul 2012 - 19:30

İran Xarici İşlər Nazirliyinin sözçüsü Ali-Səud rejiminin Ərəbistan xalqına divan tutmasına görə narahatlığını bildirib.

Ramin Mehmanpərəst deyib: Ali-Səud qüvvələrinin Ərəbistanın şərq bölgəsində sakinlərə və dini şəxsiyyətlərə divan tutması təhlükəli hal alıb və orada hökumətin dözümsüzlüyü nigarançılıq doğurmaya bilməz.

İran hökumətinin rəsmisi ümidvarlıq edib ki, Ərəbistan hökuməti xalqın legitim hüquqlarına riayət edəcək və xalqa qarşı zor işlətməkdən əl çəkəcəkdir.