Müxaliflər, jurnalistlər döyülür, həbs olunur, insanların evləri sökülür, islamafobiya baş alıb gedir, dini fəallar həbs edilir, aksiyalar zorakılıqla yatırılır. Bütün bunlar Azərbaycan R-da insan haqqlarının kobudcasına pozulması nümunələridir.Azərbaycan R. hakimiyyəti tarixi Bakı şəhərində elit məhəllələr yaratmaq üçün minlərlə insanın evini polis nəzarəti altında dağıdıb. Binalar evini tərk etmək istəməyənlərin başına uçurulur. Belə adamlardan biri danışır ki, gecə yatdıqları yerdə evlərini dağıtmağa başlayıblar. Eurovision mahnı yarışması üçün zal tikintisi zamanı 281 ailə evindən çıxarılıb. Dövlət bu müsabiqəyə 700 milyon dollardan artıq xərcləyib. Hansı ki, evindən çıxarılanlara qanuni kompensasiya ödənməyib. Bu zorakılıq təkcə Eurovision dönəminə aid deyil. Ötən 3 ildə Bakıda 4 mindən artıq ev sökülüb. Hökumət isə şan-şöhrət ardıncadır. O Eurovision yarışmasını keçirməklə həm qazanc əldə etmək, həm də Qərbin nəzərində özünü sədaqətli göstərmək məqsədində idi. AR hakimiyyəti sübut etmək istəyirdi ki, bu yolda şiə xalqın etiqadını ayaq altına ala bilər. Ona görə də beynəlxalq hüquq təşkilatları bunun qarşısında sükut nümayiş etdirdilər. Onlar sadəcə bəyanatlarla kifayətləndilər. Bununla belə həqiqəti gizlətmək olmur. Beynəlxalq Amnistiya təşkilatı son bəyanatında İlham Əliyev hökumətini azad sözə qarşı zorakılıqda ittiham etdi. Azərbaycanla bağlı hesabatda 17 hüquq pozuntusu qeydə alınırdı. Vaşinqton Post yazdı ki, Azərbaycan 178 dünya ölkəsi arasında söz azadlığı baxımından 162-ci yerdədir. Hollandiya televiziya şəbəkələri Azərbaycanda insan haqqlarının pozulması ilə bağlı sənədli film nümayiş etdirdi. Bu filmdə evlərin dağıdılması ilə yanaşı dəbdəbəli Eurovision sarayı nümayiş etdirilirdi. Filimdə polis zorakılığı, jurnalistlərin döyülməsi səhnələri yer almışdı. Bu filmi bütün dünya izlədi. Digər tərəfdən Beynəlxalq Sərhədsiz Repartiyorlar təşkilatı mətbuat azadlığı baxımından Azərbaycanın 179 ölkə arasında 162-ci yeri tutduğunu bildirdi. 2011-ci ildə Azərbaycan söz azadlığına qarşı olan əsas ölkə kimi tanınıb. Son aylarda beynəlxalq və daxili təşkilatlar 30-dan artıq bəyanatla bu vəziyyəti pisləyib. Jurnalistlərin döyülməsi, həbs olunması, xarici jurnalistlərin ölkədən çıxarılması daim gündəmdə olub.Azərbaycan R-da bütün sahələrdə olduğu kimi din sahəsində də problemlər yaşanır. Ötən 20 ildə dini kəsim olmazın təzyiqləri ilə üzləşmişdir. Dini etiqad azadlıqları kobud şəkildə pozulmuş, dindarlar hər gün daha artıq məhdudiyyətlə üzləşmişlər.Azərbaycanda İslam, xüsusi ilə şiəliyə qarşı güclü informasiya müharibəsi aparılır. 2012-ci ildə parlament dini haqqları məhdudlaşdıran qanunlar qəbul edib. Xaricdə təhsil almış ruhanilərin təbliğat fəaliyyətinə qadağa qoyulub. Xaricdən gələn din xadimləri bu ölkədə din təbliğ edə bilməz. Bundan ötrü cinayət məsuliyyəti nəzərdə tutulub. Dini kitabların, əşyaların ölkəyə gətirilməsi sahəsində parlament səviyyəsində qadağalar nəzərdə tutulub.2012-ci ilin əvvəllərində 54 sekulyar yazıçı, şəxsiyyətini biganələrə satmış insanlar İslam dini əleyhinə bəyanatla çıxış edib. Bəyanat Azərbaycan Respublikası adından səsləndirilib. Bəyanatda bildirilir ki, Azərbaycan xalqı İslam dinini zorla qəbul edib. Bəyanat haşiyəsində eyni səpkidə silsilə məqalələr yazılıb. Həmin məqalələrdə şiəlik, şiə alimlərinin məqamı şübhə altına alınıb, təhqir edilib. Ramazan və məhərrəm aylarında tədbirlər məhdudlaşdırılıb, orduda, dövlət müəssisələrində namaza qadağa qoyulub. Hökumət həmçinin son günlərdə Obelisk abidəsinin açılışı ilə bir növ şeytanpərəstliyə rəvac verdi. Dinə zid siyasətlər, hicab qadağası, məscidlərin uçurulması, dini fəalların həbsi, İslam Partiyasına qarşı repressiyalar deyilənlərin təsdiqidir. İndi sual yarana bilər ki, Qərb üçün Azərbaycanın əhəmiyyəti nədən ibarətdir və niyə tərəfdaş ölkələr Azərbaycanda hazırkı vəziyyətlə barışırlar?
10 iyul 2012 - 19:30
Xəbər kodu: 328363
Qərb dövlətləri insan haqqlarına münasibətdə ikili mövqe tutur. Azərbaycan xalqı dövlət tərəfindən zorakılığa məruz qaldığı halda Qərb bunu sükutla qarşılayır. Əlbəttə ki, onlar zahirdə məcbur qalaraq reaksiya verirlər.