30 iyun 2012 - 19:30

Türkiyə təyyarəsi Suriya bölgəsinə girmişdir. Məchul bir hədəf olaraq cavab verilmişdir. Türkiyənin təyyarəsi olduğu üçün vurulmamışdır.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Suriya informasiya naziri Omran Əl Zubi “A Xəbər” proqramına zəng edərək bildirib ki, "Bilirsiniz, yaşadığımız bölgədə İsrail kimi bir ölkə var. Türk təyyarələri ilə İsrail təyyarələri bir-birinə bənzəyir. İsrail təyyarəsi Suriyaya girsə, vurulacaq. Türkiyənin təyyarəsi İsrail təyyarəsi hesab edilib. Biz türk təyyarəsini vurmaq istəməmişik”.

Suriyalı nazir əlavə edib ki, itkin düşən iki pilot haqqında heç bir məlumatları yoxdur: "Bu vaxta qədər iki pilotla əlaqədar olaraq heç bir şey yoxdur. Bizim istəyimiz onların sağ-salamat olmasıdır. Türkiyə və Suriya əlaqələrinin daha yaxşı bir nöqtədə olmasını arzu edirəm. Türkiyə təyyarəsi Suriya bölgəsinə girmişdir. Məchul bir hədəf olaraq cavab verilmişdir. Türkiyənin təyyarəsi olduğu üçün vurulmamışdır. Türkiyə xalqı bizim qardaşlarımız və yoldaşlarımızdır. Bu məsələni bu çərçivədə anlamanız lazımdır. Hərbi çərçivədə də bir sükunət şərtdir".

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır