Allahın adı ilə!
"....Hər kəs bir kimsəni öldürməmiş (bununla da özündən qisas alınmağa yer qoymamış) və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur. Hər kəs belə bir kimsəni diriltsə (ölümdən qurtarsa), o, bütün insanları diriltmiş kimi olur." (Maidə surəsi 32)
XX əsrdə qərbin "demokratiya" bağırtısının ərşə çıxan bir dövründə, müsəlman ölkələrində, o cümlədən, Azərbaycanda Xocalı soyqırmı, İraqda hər gün onlarla müsəlman uşaq və qadının qanlarının su yerinə axıdılması, Bəhreyndə və ərəb əmirliklərində müsəlmanların ahu-nalələrinin ərşə çıxması, qərbin tükünü belə dəbərtmir amma, Avropada bir nəfərin burunun qanamsı, bütün avropanı ayağa qaldırır... Budurmu sizin "demokratiya"?
Müasir dövrümüzdə diktator dövlətləri öz ədalətsizliklərini və haqsızlıqlarını təmizə çıxarmaqdan ötrü ən çox istifadə etdikləri mövzu azadlıq, demokratiya və hüquqi terminlərdən istifadə etmələridir. Halbuki, bu şüarları kənara qoyub onların əməllərinə diqqət etdikdə, XXI əsrdə yaşamağımıza baxmayaraq, dünya səviyyəsində iqtisadi cəhətdən ən yüksək səviyyədə inkişaf etmiş müxtəlif qərb ölkələri tərəfindən ən ibtidai insan haqlarının və hüquqlarının vəhşicəsinə pozulmasını demək olar ki, hər gün müşahidə etməkdəyik.
Bu gün, qərb mədəniyyətinin ardınca sürünənlər öz əllərində müqəddəs İslam və Quran kimi misilsiz hüquqi və mənəvi xəzinə olmasını çoxdan unudublar. Bəziləri qərb fəlsəfəsində olduğu kimi insanı zatən bir yırtıcı canavar sayır və cəmiyyətdə vətəndaşlarla da o nəzəriyyə və niyyət əsasında rəftar edir. Cəmiyyətdə ən günahsız və pak bir fərdin amansızcasına şərlənməsi və şəxsiyyətinin terror olunması buna ən açıq nümunədir. Halbuki, 1400 il bundan əvvəl bəşəriyyəti quldarlıq və qul olmaq zəncirlərindən azad edib, əsl azadlıq və insani kəramətə çatdırmaqdan ötrü müqəddəs ilahi Kitab, Quran nazil olmuş, insanın haqq və hüquqlarının ən yüksək səviyyədə qorunmasına göstərişlər verilmişdir. Çox təəssüflər olsun ki, bu gün bilərəkdən və ya bilməyərəkdən dini savadlarının az olması yaxud, ümumiyyətlə olmaması səbəbindən, İslam və müqəddəs təhrifolunmaz Quranı digər təhrif olunmuş səmavi kitab və dinlərlə bir tərəzidə ölçür və özlərinin naqis ağılları ilə hələ bir Qurani-Kərimə irad tutumağa da cürət edirlər. Yəni, Quranın bəzi hökmlərini guya qəbul edir, digər hökmlərini isə tarixdə "geri qalmış bir qanun" kimi qələmə verməyə çalışırlar. Belə yersiz iradlar və sifarişlər təbii ki, İslam düşmənləri tərəfindən tarix boyu olub və olacaq. Bu haqda Quranın özündə oxuyuruq: "... O kəslər ki, Quranı (müxtəlif) hissələrə böldülər! (Quranın bir qisminə inanıb, digər qismini inkar edirdilər) (Ya Rəsulum!) Rəbbinə and olsun ki, Biz onların hamısını sorğu-suala çəkəcəyik." (Hicr surəsi 90,91)
Təbii ki, müqəddəs Quranımıza xalis iman gətirib daha sonra ondan azca məlumatı olan həqiqi islamşünaslar və zəkalı alimlər həmişə, müqəddəs Quranın yüksək səviyyəli məfhum və qanunları müqabilində diz çökmüş, müqəddəs Quranı öz bəşər ağılları səviyəsində dərk etdiklərinə etiraf etmiş, Quran mətnində bəşərin elm və qüdrətindən kənarda olan mövzularda isə Allah-Taalaya ən yaxın övliyalara yəni, İslam Peyğəmbəri (s) və Onun pak Əhli-Beytinin (ə) ilahi elmlərindən istifadə etmişlər.
Yetmiş illik komminist rejimində yaşadığımızı nəzərə alsaq, ölkəmizdə İslama və Qurana qarşı bəzi xoşagəlməz hadisələrin cəmiyyətimizdə baş verməsi çox təbii haldır.
1. Mərifətşünaslıq nədir?
Ümumiyyətlə, istər müsəlman istərsə də qeyri-müsəlman olmasına baxmayaraq, hər bir mütəfəkkirin hər hansı mövzuda olan nəzəriyyəsini dinlədikdə və ya oxuduqda onun üç mövzuda təfəkkür və düşüncəsinin əsaslarını nəzərə alıb, sözlərinə və ideyalarına bu tərzi təfəkkür əsasında dəyər vermək lazımdır. Qısa olaraq, elmi cəhətdən üç mövzu bundan ibarətdir.
1. İnsanını varlıq aləmi və onun yaradılışı haqqında düşüncəsinin əsasları;
2. İnsanın özünün varlığı və şəxsiyyəti haqqında düşüncələrinin əsasları;
3. İnsanın mərifətşünaslıq yəni, mərifət və dəyərləri hardan alması haqqında düşüncələrinin əsasları.
Əgər kiminsə birici mövzuda düşüncəsi yəni, varlıq aləminin və ya dünyanın təsadüfən yaranışı etiqadında olsa, Allahın dünyanın yaradılışında qüdrət və elmini, nəzm-intizamını görə bilmirsə, danışığında yüzlərlə fəlsəfi kəlam və nəzəriyyələr versə də artıq bu insanın dünya görnüşü maddi olub, imansızlıq dünyasında qərar tutması qətidir. Belə mütəfəkkirlərin din, İslam, və müqəddəs Quran haqqında nəzəriyyə verib, Quran ayələrini kiməsə aydınlaşdırmağa mənəvi ixtiyarları yoxdur. Bu həmin mənaya bənzəyir ki, kommunist bir alimin Allah qanunları haqqında kiməsə dərs verməsidir. Halbuki, həmin insanın Allah və yaradılış anlayışı maddidir. Belə insanlar bəzən, bütün kainatın və varlıq aləminin sahibi, mütləq qüdrət və elm sahibinin göndərdiyi Qurana və İslama irad tutar yəni, hansınsa hökmü guya qəbul edib, digərinin isə qədimi olduğunu iddia edər.
İkinci mövzu daha çox mühümdür. Əgər kimsə insanşünaslıq təfəkküründə əqidəsi budur ki, insan hansısa təkamül mərhələsindən sonra meymundan və ya təsadüf nəticəsində dünyaya gəlib və artıq həyatında yalnız, özünü və öz maddi həyatını düşünürsə, metafizik aləminə inanmırsa, onu yaradanı və ona həyat verəni mütləq bəndə olaraq qəbul etmirsə, belə insanın da düşüncə tərzi İslama və insana qarşı bu sahəsinin inanclı alimləri ilə çox fərqli olacaqdır. Belə fərd də öz şəxsi nəzəriyyəsini həmişə İslamdan və Qurandan üstün tutacaq, bir-iki kəlmə qərb terminlərini əzbərlədiynə görə özünü "əllamə dəhr" hesab edər, bütün dindarları cahil və xurafat əhli hesab edəcəkdir. Belə şəxsin də İslam və Quran haqqında nə isə araşdırıb, Quran ayələrini şərh etməyə mənəvi ixtiayrı yoxdur.
Amma, üçüncü mövzu daha mühüm olub, birbaşa əvvəlki iki mövzudan asılıdır. Yəni, hər kəs varlıq aləminin Allah-taala tərəfindən olmasını və yaranmasını mütləq qəbul edirsə, insanın özünün xüsusi olaraq, Onun tərəfindən yaradılıb, Onun bütün qoyduğu qanunları ağız büzmədən bir bəndə və qul kimi qəbul edirsə, artıq belə bir mütəfəkkirin mərifət və mənəviyyatı mütləq olaraq, Allahdan, İslamdan və müqəddəs Qurandan olacaq. Belə mütəfəkkirin ilk vəzifəsi onu Yaradan müqabilində öz acizliyini və bəndəçiliyini iqrar edib, mütləq itaət və ibadətə baş əyəcəkdir. Əlbəttə, belə mütəfəkkir, artıq əvvəlki iki mərifət və mənəviyyata əsaslanaraq, kiminsə sifarişi ilə İslamın bəzi qanunlarına irad tutub, bəzilərini qəbul edilməsi kimi təfəkkürlərlə müsəlman xalqın başanı qatmaz. Əgər belə bir paradoksal hadisə iş baş verərsə, bu həmin fərddə ilk növbədə özünü aldatması əlamətləri car çəkir.
Başladığımız bu sisilə elmi-dini və hüquqi mövzuda məqalələrimizdə çalışacayıq ki, bu gün ağız dolusu azadlıq, demokratiya və svilizasiya deyərək, əlləri milyonlarla insanların qanına bulaşmış qərb mədəniyyətinin müqabilində, İslam və Quran mədəniyyətini araşdıraq, kökü naqis insan təfəkkürünə əsalanan, qərbin haqq və hüquqlarının kökləri ilə, İslam və Qurandakı əsas insan haqlarının kökləri arasında fərqlərə işarə etməklə, elmi-dini və hüququ bəhslərimiz olsun. Belə bir mövzu, çox geniş və şirin mövzulardan olduğuna görə, bu mövzuda bəhslərimizi mərhələ-mərhələ davam etməyə məcburuq. Birinci mərhələdə külliyyatdan söz açıb, İslam və Qərb dünyagörüşü haqqında filosofların və mütəfəkkirlərin ümumi anlayış və prinsiplərini əziz oxucuların diqqətinə çatdıracağıq.
Bir məsələni zehnlərdə həmişəlik saxlamq lazımdır ki, qərb mütəfəkkirlərinin və qanunlarının hamısının əsli ümumiyyətlə, insan təfəkkürünə qayıdır. Yəni, qərb mədəniyyət və təfəkkürünü qəbul edən insan əslində, İslam və müqəddəs Qurannın əsas prinsip və atributlarından xəbərsiz insanlardır. Onlar, müsəlman olsalar da və ya özlərini müsəlman saysalar da əslində, İslam mədəniyyəti, müqədəs Quran mərifətindən vә hüquqlarından xəbərsiz insanlardır. Çünki, Qərbin əsas elmi və hüququi təfəkkürü XIV-XVIII əsrlər arasında başlanmış renessans (oyanış) dövründən sonra meydana gəlmişdir. O təfəkkürdə məsələn, Tomas Hobbusun"insan insanın canavarıdır" kimi nəzəriyyələri, qərb tərzi-təfəkkürürnün hüquqi və mənəvi mövzularda necə formalaşmasında çox təsir buraxmışdır. Həmçinin, Kant fəlsəfəsinin yalnız, "quru qanun" və s. fəlsəfi təfəkkürlərinn kökləri insan təfəkkürünün məhsulundan başqa bir şey deyildir. Amma, bütün bunlardan fərqli olaraq, mütləq elm və hikmət sahibi Allahdan vəhy vasitəsi ilə Quranda gələn elm və qanunlar, bəşərin bütün naqis təfəkkür və nəzəriyyələri ilə ağılasığmaz dərəcədə fərqlidir. Biz, bütün bunları başladığımız bu mövzumuzun araşdırmalarında dəqiq fakt və dəlillərə əsaslanaraq isbat edəcəyik.
Bəs, bəzi mütəfəkkirlər tarix boyu bir insan olaraq çalışıblar ki, hamı onların dediklərini və ya təfəkkürlərini qəbul etsin, min il əvvəl qeyb və ya metafizika aləmindən gələn xalis və kamil ilahi qanunlara əməl etməsinlər. Ən azı, müasir zamanda olduğu kimi həmin qanunları ar