9 iyun 2012 - 19:30

Qərb ölkələri nüvə enerjisindən sülhməramlı istiqamətdə istifadə üçün İranın məntiqli tələbi ilə razılaşmalıdırlar

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İran İslam Respublikasının müdafiə naziri İranla Altılar qrupu arasındakı müzakirələrə toxunaraq deyib: Qərb ölkələri nüvə enerjisindən sülhməramlı istiqamətdə istifadə üçün İranın məntiqli tələbi ilə razılaşmalıdırlar.

General-mayor Əhməd Vəhidi bazar günü ekologiya sahəsində İİR-nın müdafiə sənayesinin nailiyyətləri üzrə keçirilən sərginin kənarında jurnalistlərə müsahibə verib: “İran İslam Respublikasının siyasəti öz nüvə hüququnu müdafiə etməkdir. Qərblilər İran İslam Respublikasının əməkdaşlıq və razılaşma tərəfdarı olmaqla yanaşı öz hüququndan geri çəkilməyəcəyini də bilməlidirlər” –deyə nazir bildirib.

Müdafiə naziri qeyd edib ki, İran İslam Respublikası İslam İnqilabının Böyük Rəhbərinin bələdçilikləri əsasında atom silahı və hər növ kütləvi qırğın silahlarına qarşıdır. Buna baxmayayaraq İran İslam Respublikası tam özünə güvən müdafiəni proqramlaşdırıb.

İranın müdafiə naziri ötən üç onillikdə müdafiə sahəsində ölkənin inkişaflarını qiymətli və gözə çarpacaq hesab edib və deyib: İran bu müddət ərzində tam özünə güvən müdafiəni proqramlaşdıra bilmişdir.

“Bəlkə də dünyada yalnız bir neçə ölkə vardır ki, özünə güvən müdafiəsi vardır və İran bu sahədə bir neçə ilk ölkə arasındadır” –deyə müdafiə naziri qeyd edib.

Vəhidinin sözlərinə görə, İran islam Respublikası ehtiyac duyduğu müdafiə təchizatı və sistemlərini ölkə daxilində dizayn və istehsal edib və hazırda müdafiə sahəsində dünyanın əsas ölkələri arasında özünəməxsus yeri vardır.

Vəhidi sözlərini davam etdirib: Hazırda İranın müdafiə sahəsindəki istehsalatının bir çox hissəsi dünyanın ilk 10 ölkəsi arasındadır və bu potensiallar İslam İnqilabının xilasedici məktəbinin yetirmələri və inamlı gənclərinin səyi nəticəsində gerçəkləşib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır