9 iyun 2012 - 19:30

Cümə günü vəhabilər paytaxt ərazisində böyük bir toplantı keçiriblər

Əhli Beyt -ABNA- xəbər agentliyi- «Avroviziya-2012» yarışması ilə əlaqədar bir sıra qüvvələr xüsusi fəallıq nümayiş etdirdilər ki, onların da sırasında daha çox diqqətə gələni Bakıda terror aksiyaları planlaşdıran vəhabilər oldu.

Onu da bildirək ki, rəsmən Küveyt dövlətinin himayəsi altında olan Azərbaycan vəhabiləri iki qrupa - sələfilərə və xavariclərə bölünüb və bu qruplaşmalardan yalnız birincisi açıq fəaliyyətdədir. Digər ikincisi isə terroru mübarizə yolu kimi seçdiyindən gizli şəkildə fəaliyyətini sürdürür.

Həmin xavariclərlə bağlı DİA.AZ-a maraqlı məlumatlar da ötürülüb. Özünün sələfi qanadına aid olduğunu iddia edən Bakı sakinlərindən birinin redaksiyamıza ötürdüyü məlumatdan aydın olur ki, vəhabilərin radikal qanadı - xavariclər son zamanlar Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən ciddi zərbələr aldıqlarından yendən toparlanma mərhələsinə qədəm qoyublar.

Mənbə iddia edir ki, cümə günü vəhabilər paytaxt ərazisində böyük bir toplantı keçiriblər: «Həmin toplantı Bakının kəndlərinin birində baş tutub. Təxminən 20-yə yaxın tanınmış azərbaycanlı xəvaric orada iştirak edib və çox mühüm qərarlar veriblər».

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır