6 iyun 2012 - 19:30

Bübülə Axundu da narkotikdə ŞƏRLƏNİLİB

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Azərbaycandakı mövcud rejimin antiİslam siyasətləri səngimir. Belə ki, rejimin xüsusi tapşırıqı ilə iyunun 6-da ruhani, Bakının Bülbülə qəsəbəsindəki Ağabalabəy məscidinin ŞƏRLƏNMİŞ axundu Hacı Səxavət Əliyevə hökm oxunub.

Islamazeri.az-ı bildirdiyinə görə, əliyevlər rejiminin Suraxanı Rayon Qondarma Məhkəməsi ruhaniyə 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası kəsib.

Xatırladaq ki, Hacı Səxavət Əliyev rejimin zorla həyata keçirtdiyi bədnam “evrovision 2012” fəsad müsabiqəsini tənqid etdiyinə görə fevral ayında həbs olunub. Digər Dindar və Ruhanilər kimi o da rejimin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamaq) ilə şərlənilib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır