4 iyun 2012 - 19:30

Bu gün ölkəmizdə təcavüzkar ermənilərin ən çox qorxduğu məqam, Quran və Kərbəla məktəbinin yetirmələri olan, imanlı İslam alimləridir!

“Ey camaatım! Allahın sizin üçün əzəldən (vətən) müəyyən etdiyi müqəddəs torpağa (Beytülmüqəddəs) daxil olun, geri dönməyin (düşməndən qorxub qaçmayın və ya dininizdən dönməyin), yoxsa zərər çəkmiş halda geri dönərsiniz.” (Maidə surəsi -21)

Keçən bəhslərimizin birində, imanlı İslam alimlərinin, Allah-Taalaya olan xüsusi iman və təslimlərinə görə məqamlarının müqəddəs (toxunulmaz) olması haqqında müqəddəs Quranımızdan bəzi işarələrə toxunmuşduq. Bu mövzuda qısa da olsa, bəzi anlaşılmazlıqlara və imanlı alimlər haqqında müqəddəs terminin kimlərəsə başqa cür görünməsinə elmi aydınlıq gətirmək istədim. Çox təssüflər olsun ki, komminist mühüti bizlərini elə yetişdirib ki, bəzi dini terminlərlə qeyri-dini terminlər arasında fərqlərə dəqqətsizlik edir yaxud, bəzən öz niyyətimizi və hədəfimizi isbat etməkdən ötrü hər növ qeyri-məntiqi dəlillərdən istifadə etməyə çalışırıq.

Amma, əsas məsələ nədər ibarətdir? Son zamanlar ölkəmizdə islamofibiya, hicabafobiya və sair kampaniyalarının ardınca, müsəlman xalqımızın zehnlərinə bəzi toxunulmaz dini və müqəddəs məqamlara qarşı təhqir, tənqid və ehtiramsızlıq cəsarətlərini atmağa başlayıblır. Əlbəttə, bütün bunlar hələ neçə il əvvəl, qərbdə bəzi imansız “kişişsifətlər” tərəfindən müqəddəs Quranımızın yandırılması, ölkəmizin daxilində qərbin nökərlərinin İslama və İslam Peyğəmbərinin (s) şəxsiyyətinə qarşı ehtiramsızlıq etmələri və sair… məqamları əziz müsəlman xalqımız yaddan çıxmayıb. Bu mövzuda, bu gün də ölkəmizdə müsəlman xalqımızın dininə, izzət və şərəfinə ləkə gətirməkdən başqa heç bir nəticəsi olmayan kampaniyaların aparılmasını müşahidə etməkdəyik. El-oba arasında çox gözəl şəkildə tanınmış, Quran və Əhli-Beyt (ə) aşiqləri olan, imanlı və şərəfli İslam alimlərimizi və möminləri narkotika, xuliqanlıq, casusluq, xəyanətkar, cinayətkar və sair yaramaz ünvanlarla həbs etmək və onları müsəlman xalqın gözündən salmaq proqramları da ölkədə İslama qarşı gedən kapmaniyaların bir hissəsidir. Buna görə də əziz müsəlman xalqımızdan xahiş edirəm ki, İslam və müqəddəs Quran haqqında o cümlədən, xalq arasında özünün iman və saleh əməlləri ilə tanınmış imanlı İslam alimləri haqqında, məlumatın hardan və kimlər tərəfindən verildiyini və həqiqətə nə qədər uyğun olduğunu diqqətlə araşdırsınlar.

Müqəddəs sözü, ərəb dilindən bizim dilə keçmiş qüds sözündəndir. Yəni, sözün əsl kökü qüds , pak və pakizəlik mənasında işlənir. (Qamus Quran, qüds kəlməsi) Pak və pakizəlik mənası isə çox geniş mənalarda olub, çox şeylərə nisbət verilə bilər. Amma, dini termində və müsqəddəs Quranda pak və pakizəlik, sözün əsl mənasında və həqiqətdə, Allah-Taalaya məxsusdur. Bu haqda heç kimin şəkk-şübhəsi ola da bilməz. Bir varlığı müqəddəs bilmək yəni, onu zatən hər bir nöqsandan, ehtiyacdan, çatışmamazlıqdan, qəbih və bəyənilməz sifətlərdən və şeylərdən pak və münəzzəh bilməklikdir. Təbidir ki, bu sözün fəlsəfi və həqiqi mənası yalnız, Allah-Taala haqqında işlədilir və həqiqi məna yalnız, Ona məxsus olur. Qurani Kərimdə də qüds və müqəddəslik zatən Allah-Taala haqqında işlədilib. Mələklərin dilindən deyilən bu tərif və təqdisi hamı qəti olaraq qəbul edir. “(Ya Rəsulum!) Sənin Rəbbin mələklərə: “Mən yer üzündə bir xəlifə (canişin) yaradacağam“, – dedikdə (mələklər): “Biz Sənə şükür etdiyimiz, şəninə təriflər dediyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada (yer üzündə) fəsad törədəcək və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən?”- söylədilər. (Allah onlara:) “Mən bildiyim şeyi siz bilmirsiniz!” – buyurdu.” (Bəqərə surəsi 30)

Amma bəzilərinin fikirləşdiyi kimi heç də belə deyil ki, müqəddəs söz Quranda yalnız, Allah-Taala haqqında işlənsin. Müqəddəs söz, Quranda və İslamda Allah-Taalaya ən yaxın və ən pak məqama malik olan peyğəmbərlər, məkan, ay və gün haqqında da işlənmişdir. Əlbəttə, bu heç də o mənada deyil ki, biz belə məkan və məqamları Allah-Taalanın pak və müqəddəs məqamlına qaldıraq və Allaha qarşı şirk nəzərdə tutulsun. İnsanın və bəşərin naqisliyi, Allaha qəti olaraq qul olması məqamını nəzərə alaraq, müqəddəs kəlməsi bəzən Allaha daha yaxın olan məqamlarda da işlənmişdir. Heç kəs iddia edə bilməz ki, bu mənada işlədilən sözlər hardasa, Allah şirk sayılır və bütpərstlik əlamətidir. Bütpərəstlər öz daşlarına və öz əlləri düzəltdikləri, heç bir ilahi məqam və ehtirama malik olmayan əşyalara Allah nisbəti verib, Ona şərik qoşurdular. Bu mövzu isə tamamailə başqa mənaları əhatə edir. İmanlı alimlərin bu mənada məqamları, eyni həmin mənaya işarədir ki, izzət və ehtiramın qəti olaraq yalnız, Allah-Taalaya məxsus olduğu halda, Allah-Taala həmin məqamı Öz Rəsuluna, İmamlara, imanlı alim və möminlərə aid etməsi kimidir. Müqəddəs Quranda bir ayədə oxuyuruq: “O münafiqlər (ikiüzlülər) ki, möminləri qoyub kafirləri dost tuturlar. (İzzət və) qüdrəti onların yanındamı axtarırlar? Şübhəsiz ki, (izzət və) qüdrət tamamilə Allaha məxsusdur!” (Nisa surəsi 139) Bu ayədən zahirdə məlum olur ki, izzət və qüdrəti yalnız, Allaha nisbət vermək olar. Amma, digər bir ayədə Allah-Taala Özü buyurur: “Onlar (müşriklər): “Əgər biz Mədinəyə qayıtsaq, ən güclülər ( münafiqlər) ən zəifləri (Peyğəmbəri və Ona iman gətirənləri), əlbəttə, oradan çıxardacaqlar!” – deyirlər. Halbuki izzət, şərəf-şan da, (qüdrət də) yalnız Allaha, Onun Peyğəmbərinə və möminlərə məxsusdur, lakin münafiqlər (bunu) bilməzlər!” (Münafiqun surəsi 8) Bəs, məlum olur ki, bəzən Allahın Özünün izni ilə bəzi sözləri bəzi məqamlarda işlətmək olar. İndi də Quranda müqəddəs sözünün işlədilməsinə və nisbətlərinə diqqət edək.

Birinci: Peyğəmbərlərin və İmamların müqəddəs məqamı var: “(Ya Rəsulum!) Xatırla ki, o gün (Qiyamət günü) Allah (İsaya) belə buyuracaq: “Ya Məryəm oğlu İsa! Sənə və anana nemətimi yadına sal. O zaman səni müqəddəs Ruhla qüvvətləndirmişdim.” (Maidə surəsi 110)

İkinci: Mələklərin müqəddəs məqamları var: “(Ya Rəsulum!) De: “Ruhülqüds (Cəbrail) onu (Quranı) sənin Rəbbindən iman gətirənlərə səbat vermək, müsəlmanları isə doğru yola yönəltmək və (onlara Cənnətlə) müjdə vermək üçün haqq olaraq nazil etmişdir!” (Nəhl surəsi 102)

Üçüncü: Müqədddəs məkanlar var, məscidlər: (Kəbə evi və s..) Allah-Taala Qurani Kərimdə Özü bəzi məkanlardan müqəddəs adla söz açır və o məkanın Allah yanında nə qədər pak və əziz olmasına işarə edir. “Bəzi ayələrimizi göstərmək üçün bəndəsini (Peyğəmbəri) bir gecə (Məkkədəki) Məscidülhəramdan ətrafını mübarək etdiyimiz (bərəkət verdiyimiz) Məscidüləqsaya (Beytülmüqəddəsə) aparan Allah pak və müqəddəsdir. O, doğrudan da, (hər şeyi) eşidəndir, görəndir!” (İsra surəsi 1)

Dördüncü: Bəzi torpaqlar müqəddəsdir: Müqəddəs Tuva çölü (və ya Kərbəla): “Ey camaatım! Allahın sizin üçün əzəldən (vətən) müəyyən etdiyi müqəddəs torpağa daxil olun, geri dönməyin, yoxsa zərər çəkmiş halda geri dönərsiniz.” (Maidə surəsi 21) Yaxud, digər bir ayədə oxuyuruq: “Mən, həqiqətən, sənin Rəbbinəm. Nəleynini çıxart, çünki sən müqəddəs vadidə – Tuvadasan!” (Taha surəsi 12)

Beşinci: İlahi və səmavi kitabların müqəddəs məqamları var: “(Ya Peyğəmbər!) Əgər Biz bu Quranı bir dağa nazil etsəydik, sən onun Allahın qorxusundan (kiçildiyini) parça-parça olduğunu görərdin. Biz bu misalları insanlar üçün çəkirik ki, bəlkə, düşünələr.” (Həşr surəsi 21)

Altıncı: Müqəddəs aylar, günlər var: (Mübarək Ramazan ayı, Qədr gecəsi və s..): “İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) Ramazan ayında nazil edilmişdir…” (Bəqərə surəsi 185) Qədr gecəsinin əzəməti haqqında oxuyuruq: “Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi nazil etdik! (Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, Qədr gecəsi nədir?! Qədr gecəsi (savab cəhətdən) min aydan daha xeyirlidir!”

Bütün bu açıq-aydın Quran dəlillərindən sonra keçən bəhsimizdə mələklərlə və hətta, onlardan da üstün məqama malik olan, Allahın göndərdiyi dini, müqəddəs Kitabı və onun göstərişlərini göz-bəbəyi kimi qoruyub yayan, imanlı İslam alimlərinin Allah dərgahında hansı məqama malik olmalarını siz əzizlərin insafına qoyuram. Keçən məqaləmizdə onların Quranda on yeddi məqamına işarə etmişdik. Sonda bir nöqtəni də qeyd etmək istərdim ki, imanlı İslam alimlərinə o böyük məqamı Allah-Taaala Özü verib və heç bir şər və şeytani qüvvələr, minlərlə şeytani planları ilə onların bu məqamına zərrə qədər də zərər gətirə bilməzlər. Ona görə də əməldə müşahidə edirik ki, bəzən bir nəfər imanlı və xalis İslam aliminin milyonlara elm və inanc sahiblərinin qəlblərində xüsusi məhəbbəti vardır. Çünki, onların Allah yanında məhəbbəti vardır. O cəhətdən, ölkəmizdə ermənilərin ən çox qorxduğu məqam, Quran və Kərbəla məktəbinin yetirmələri olan, imanlı İslam alimləridir!

 

Faiq Vəlizadə

2012-06-03

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır