31 may 2012 - 19:30

Minlərlə insan aclıqdan ölüb; fəlakətin miqyası böyüyür

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Yəmən fəlakətin astansına gəlib. Aclığın pəncəsində olan ölkə üçün humanitar yardım təşkilatları xəbərdarlıq edib.

Ordu ilə silahlı qruplar arasında toqquşmalar minlərlə insana yardım çatdırılmasına mane olur. İndiyə qədər minlərlə insan aclıqdan ölüb, yüz minlərlə uşaq isə aclıqla mübarizə aparır.

Ən yoxsul ərəb ölkəsi olan Yəməndə 4,5 milyon insan ərzaq tapmaqda çətinlik çəkir, 5 milyon insan isə aclıq çəkir. Ölkədə 300 min uşaq aclıqdan ölmə təhlükəsiylə qarşı-qarşıyadır. Havaların istiləşməsiylə düşərgələrdə infeksion xəstəliklər başlayıb. Minlərlə insan isə toqquşmalar səbəbilə düşərgələrə gedib çata bilmir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır