Əhli Beyt -ABNA- xəbər agentliyi- Araşdırmaçı yazar Kənan Çamurcu, Twitter-dəki səhifəsində Şeyx Səlahəddin Özgündüz səirliyi ilə Türk heyətinin Ayetullah Sistani ilə görüşndən yazdı. Bu görüşün detallarını Kənan Çamurcunun qələmi ilə sizlərə təqdim edirik:
İmam Seyid Sistani, hazırda 400 milyonluq Şiə dünyasının ən əhəmiyyətli təqlid mərcəsi (imamı əzəmi). Ən çox təqlid olunan müctəhidlərdən biridir.
Seyid Sistani dünyanın bir çox ölkəsindən milyonlarla müqəllidi olan müctəhid. Bir fətvasıyla ölkəninin gedişatını dəyişdirə biləcək gücdədir.
Seyid Sistani, İraq siyasətinə qarışmır. Bir qrup və ya partiya lehinə səs vermir. Davamlı müzakirə və çağırışlara dəvət edir.
Seyid Sistanini Hz. Əlinin məzarının 200 metr yaxınlıqda "Şari Rəsulda (Rəsulullah Prospektində) təmtərahsız və təvazökar evində ziyarət etdik.
Seyid Sistani, yüksək səviyyəli əmniyyət çərçivəsində qorunur. Evinin olduğu dar küçə giris-çıxışlara bağlanıb. Burada 5 mərhələli nəzarət postu vardır.
Küçənin başındakı birinci postda üzərimizdəki hər bir əşyanı əmanətə təslim etdik. Üzük, xarab pul, kağız dəsmal daxil hər şeyi.
Seyid Sistanini ziyarətə girərkən belə 5 təhlükəsizlik postlrından keçilir. Sonra bizi 15 kvadrat metrlik sadə bir otağa daxil etdilər.
Yan otaqda dostlarımızın gəlməsini gözləyərkən Seyid Sistani digər qonaq heyətin yola salırdı. Sonra biz otağa girdik. Sadə bir otaq idi
Seyid Sistani, yanında bir Ayətullah və digər tərəfində gənc bir Hüccetul İslam ilə bizi otaqda gözləyirdi. Kürsüsündə otururdu.
Mühafizəçilər, qulağımıza, Seyidin yalnız əlini sıxmamızı nəzakətlə xatırlatdılar. Biz də üsula uyğun gəldik, Seyidin əlini sıxdıq, salamımızı verdik.
Seyidin evində tətbiq olunan bu təhlükəsizlik ehtiyyatları, amansız terrora onlarla alimi və günahsız insanı qurban vermiş İraqın qaçınılmaz gerçəyliyidir.
Belə böyük bir təsiri təmsil edən Seyyid Sistani, Buna tam zidd bir sadə otaqda yaşayır. Evi daivm ziyaretçiyle dolub daşır.
Din alimlərindən ibarət nümayəndə heyəti ona tanıtdırılarkən yazıçı kimi məni təqdim etdikdə hər halda siyasi mövzularda əhəmiyyətli tövsiyələr etdi.
İndi Seyid Sistaninin sözlərindən ən çox əhəmiyyətli başlıqları yazmağa başlayıram. Bu sözlərin Ərdoğana nəsihət olacağına ümid edirəm.
Seyid Sistani, hamımıza Ərəbcə "xoş gəldiniz, şərəf verdiniz" dedi. Doğrusu fotoşəkillərdə gördüyümdən çox onun daha sakit insan olduğunu duydum.
Seyid Sistani, qonaqların hammısının Fars dilin bildiyindən (onun özü də İİR-nın Sistən əyalətindəndir) bizimlə Farsca danışmağı seçdi. Söhbət Farsca reallaşdı.
1) Səlahəddin Özgündüz, Diyanət İşləri Başçısı və əl-Əzhər Şeyxi ilə birlikdə Seyidi ziyarət etməy istədiyini, buna necə baxdıqlarını soruşdu.
2) Seyid Sistani, Mübarəkdən sonra Misirdə hələ sabitliyin təmin edilmədiyini, əl-Əzhər də bu sabitsizliydən payını aldığını söylədi.
3) Sistani, Misirin siyasətindəki kimi əl-Əzhərdə də vəziyyətin naməlum olduğunu, hələ həmsöhbət ola biləcəkləri kimsənin tapılmadığını söylədi.
4) Misirin durumunu haqqda danışan Sistanin, bizim Diyanət başçısının onunla görüşmək tələbi barədə verilən təklif haqqında ümumiyyətlə danışmadı.
5) Dolasıyla Sistani, Diyanət və əl-Əzhər başçılarının birlikdə onu ziyarət etmək təklifinə mənfi cavab vermiş oldu.
5) Sistani, Misir və Ərəb baharın təhlil edərkən mövzunu Ərdoğanın onun ziyarət etməsi üzərinə gətirdi. Görü izah etməyə başladı.
6) Sistani Ərdoğanın ziyarət tələbini böyük bir ümidlə qəbul etmiş. Əslində siyasi liderlərlə görüşmədiyini xatırlatdı.
7) Siyasi ixtilaflarda tərəf olmamaq üçün siyasi liderləri qəbul etməyən Sistani, Ərdoğanı qəbul etmiş və regional mövzuları danışmışlar.
8) Ərdoğan, Seyid Sistaniyə Ərəb baharı və Bəhreynə bağlı fikirlərini soruşmuş. Bu inkişafları necə qiymətləndirdiyini öyrənmək istəmişdir.
9) Sistani Ərdoğana Ərəb baharının törətdiyi sabitliksizliyə diqqəti çəkmiş və bu ölkələrdə hələ bir ictimai nizamın qurulamadığını xatırlatmışdır.
10) Sistani, Ərdoğanın Bəhreyn sualına, "Bəhreynlilərin haqqlarını vermək bir tərəfə, heç olmazsa daha az əziyyət görsünlər" cavabını vermişdir.
11) Sistani, Ərdoğanın Bəhreyn üzərindəki israrını "Şiə əksəriyyət" əsaslı bir mövzuya, məzhəbi izah etdirməy istəyinə bağlayır.
12) Sistani Bəhreyn mövzusuna məzhəb birliyi baxımından baxmadıqlarını söylədi, ona da bunun söyləmə səylərinə maraqlı bir reaksiya verdi.
13) Sistani, Bəhreyndə məzhəb əsasında yaxınlaşdıqlarını söyletme cəhdinə "63 ildir bu mövzularla məşğul olduğu" cavabını verdi.
14) Sistani, Türkiyədən Furat və Dəclə sularının önün açaraq İraqa daha çox su verilməsini istəmişdir. "İraq qurudu, heyvanlar öldü" Ərdoğan söz verdi amma əməl etmədi dedi.
15) Sistani, Ərdoğan və Davutoğlunun Ərəb ölkələrinə köhnə Osmanlı vilayətləriymiş kimi baxdığını və bunun qəbuledilməz olduğunu söylədi.
16) Sistani, Davutoğlunun "Strateji Dərinlik" kitabını araşdırdığını, onun Müsəlman ölkələrinə hakim olma fikrin daşıdığını söylədi.
17) Seyyid Sistani, ziyarət müddətimizin bitməsinə baxmayaraq Ərdoğana qarşı təhlillrini və etirazlarını davam etdirdi. Danışmasını uzatdı.
18) Sistani ziyarət müddətimizin çoxdan bitmiş olmasına və ziyarətləri təşkil edən Höccətul İslamın ayaqa qalxmasına baxmayaraq Seyid məclisin uzanmasına davam etdi.
19) Ərdoğan, Seyyidin, fikrini dəyişdirib bir siyasi lider olmasına baxmayaraq onu qəbul etməsini tamamilə bərbad etmiş görünür.
20) Ərdoğan, xarici siyasətdə bərbad etdiyi işi düzəldərək yeni bir başlanğıca start vermək istəyirsə Sistani şansının bərpası üçün çlışmalıdır.
Seyid Sistani, Ərdoğan və Davutoğlu üçün, "başqaları onların sözlərindən təsirlənə bilər bəlkə, mən 63 ildir bu işlərin içindəyəm" dedi.
Sistani, ziyarətimizin sonunda, bir üzündə "Ya Əmirəlmöminin", digər üzündə "Ya Sahibəz Zəman" yazılı hədiyyə etdi.
Seyyid Sistani, ziyarətimizin sonunda Türkiyə xalqına dua etdiyini söylədi, Müsəlman millətlərin birlik və bərabərliyi üçün duada etdi.
Bu zaman Seyid Əmmar əl-Həkim və Seyid Müqtəda Sədrin, Ankaranın Nuri əl-Malikkiyə qarşı davranışına görə Türkiyəyə gəlməyəcəyini düşündüm.
Seyid Əmmar, Türkiyədə "Nuri əl-Malikkiyə qarşı hökumətə dəstək" formasında əks etdirilən ziyarətinə əslində Bəhreynə müzakirə üçün dəvət edilmişdir.
Seyid Əmmar və Seyid Müqtəda, İraq siyasətinin ən təsirli iki qrupu. Hər ikisi də Ankaranın mənfi siyasətinə qarşı dəqiq hissi bəsləyirlər.
1) Seyid Əmmarın ətrafındakılara Ankara ziyarətinin " Nuri əl-Malikkiyə qarşı hökumətə dəstək" formasında əks etdirildiyini söylədim.
2) "Bilirik" dedilər. Amma bunu deyərkən başlarını sağ və sola tərpətdilər. "Əslində Bəhreynə müzakirə üçün dəvət etmişdilər" dedilər. Maraqlı!
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır