29 may 2012 - 19:30

Mahmud Əhmədinejad: Elmin qapıları bəşəriyyətin üzünə açılmalı, başqaları isə buna mane olmamalıdırlar.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İran İslam Respublikası prezidenti deyib: İranın elmi-texniki sahədə inkişafı çox sürətli olmaqla yanaşı , günü-gündən daha da güclənir.

Mahmud Əhmədinejad bu gün "Milli Mədniyyət Şəbəkəsi" və "Milli Hesablamalar" layihələrinin istifadəyə verilməsi zamanı deyib: İranın hazırkı elmi inkişafı bu xalqın şəninə layiq deyil. Çünki bu xalqın qədim tarixi, etiqadı və mədəniyyəti bundan üstün məqamları tələb edir.

İran prezidenti daha sonra deyib: İran xalqı bu yolda çox çalışmalı, elmi baxımdan dünyada daha yüksək məqamlar kəsb etməlidir.

İran İslam Respublikasının prezidenti həmçinin bir sıra ölkələrlə elmi-iqtisadi əməkdaşlıqlar barədə deyib: Elmin qapıları bəşəriyyətin üzünə açılmalı, başqaları isə buna mane olmamalıdırlar. (TR)

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır