Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən bu günlərdə Dünya İqtisadi Forumu Global Ticarətə İmkan Vermək adlı hesabatını yayıb.
Hesabatda dünyanın 132 ölkəsində ticarət sahəsindəki durum təhlil olunub.
Azərbaycan ticarət üçün əlverişli şəraitə görə 2 il əvvəlki hesabatla müqayisədə 4 pillə geriləyib və 81-ci yerə düşüb.
Sahələr üzrə götürüləndə, daxili və xarici bazarlara çıxışa imkan vermək sahəsində Azərbaycan 57-ci, sərhədlərdə ticarətin idarə olunmasına görə 107-ci, nəqliyyat infrastrukturuna görə 69-cu, biznes mühitinin inkişafına görə 59-cu yerlərdədir.
Ticarət üçün ən əlverişli şərait Sinqapur və Honkonqdadır.
Azərbaycanla eyni regiondan olan ölkələrdən Türkiyə 62-ci, Rusiya 112-ci, Gürcüstan 38-ci, Ermənistan 59-cu yerdədir.
Maraqlıdır ki, ticarətə yaradılan şərait ABŞ-da, Çində və Hindistanda son 2 ildə pisləşib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır