24 may 2012 - 19:30

Abgül Süleymanov 2011-ci ilin avqust ayında həbs olunub və indiyə kimi ruhani MTN-in təcridxanasında saxlanır.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən əliyevlərin Təhlükəsizlik Nazirliyi vəkillər Rüstəm Zülfüqarov və Natiq Mustafayevin ruhani Abgül Süleymanovla görüşünə şərait yaratmaq xahişi ilə Bakı Ağır Cinayətlər Məhkəməsindən göndərilən məktubu hələ də cavablandırmayıb.Ruhani Hacı Abgül Süleymanov 2011-ci ilin avqust ayında rejimin güc strukturları tərəfindən vəhşicəsinə həbs edilib, qondarma işin “istintaqını” rejimin Təhlükəsizlik Nazirliyi aparıb və indiyə kimi günahsız Ruhani rejimin Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanır.Rüstəm Zülfüqarov ki, həmin məktubu o, mayın 14-də şəxsən özü MTN-ə təqdim edib: “Ötən müddətdə bir neçə dəfə nazirlikdə olmuşam, həmçinin telefonla əlaqə saxlamışam, amma bizə deyiblər ki, özümüz sizinlə əlaqə saxlayacağıq”.Abgül Süleymanovun məhkəməsi mayın 12-də başlayıb. Lakin vəkillər işə yeni qatıldıqlarından rejimin uydurma hakimindən işlə tanış olmaq və hüquqlarını müdafiə etdikləri şəxslə görüşmək üçün vaxt istəmişdilər. Qondarma hakim Mail Bayramov prosesi təxirə salmış və mayın 14-də rejimin Təhlükəsizlik Nazirliyinə məktub ünvanlayıb vəkillərin Abgül Süleymanovla görüşünə şərait yaradılmasını istəmişdi.  Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır