Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən bir neçə gün öncə, Göygöl rayon Polis Şöbəsi (RPŞ) tərəfindən adıçəkilən rayonda yaşayan aktiv hicablı qadınlar Polis Şöbəsinə gətirilib
İsmət və iffət mücəssəməsi olan xanimlara rayon Polis Şöbəsinin rəisinin əmri ilə, bu gundən hicabın çıxarılması əmr edilib. Buna məhəl qoymayan xanımlarla başqa cür rəftar ediləcəyi bildirilib.
Göygöl rayon Polis Şöbəsinin baş müstəntiqi Elşən Elçiyev bildirib ki, bu gündən etibarən Göygöl rayonunda bir nəfər də olsa, hicablı xanım gözə dəysə, Polis Şöbəsi olaraq, onlarla qanunun imkan verdiyi və hətta vermədiyi normalardan belə istifadə edilərək, buna imkan verilməyəcək.
Onu da əlavə edək ki, rayon Polis Şöbəsinin rəisinin ciddi göstərişi ilə əlaqədar olaraq, artıq onlarla hicablı xanımın min cür təzyiq və təhdid altında hicabları çıxarılıb.
İslamtimes.org- un müxbirinə məlumat verən və adının çəkilməsini istəməyən mənbə onu da əlavə edib ki, bütün bu qeyrətsiz addımlar irəliləyən həftələrdə Azərbaycanda keçiriləcək “AVROVİZİYA” ilə əlaqədardır.
Sözügedən rayonun islamdanuzaq məmurları qorxurlar ki, ola bilər, avropalı qonaqlar gözəl və füsunkar təbiəti ilə seçilən Göygöl rayonuna səfər edələr və bu zaman hicablı xanımları görərək, Azərbaycanın fundamental İslam ölkəsi olması təəssüratına qapılarlar.
Mənbə ardınca ehtimallarını irəli sürərək qeyd edir ki, çox güman bu “qərar” Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi səviyyəsində ciddi-cəhdlə tapşırılan və sürətlə həyata keçirilməsi təxirəsalınmaz bir vəzifə kimi qarşıya qoyulan məsələlərdəndir! Öz növbəsində, Göygöl rayon Polis Şöbəsi də, heç nədən çəkinməyərək, bu addımı atmağa cəsarət edib.
Hicabı zorla başından çıxarılan, polis qurbanı olan xanımın, onda olan məlumatına görə, bildirir ki, bu aqibət ardıcıl olaraq, digər rayon və şəhərləri də gözləyəcəyi şübhəsizdir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır