16 may 2012 - 19:30

Bir neçə gün davam edən gərginlikdən sonra tikinti işlərinə xitam verilərək qazılan ərazi torpaqla doldurulub.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən bir neçə gün bundan öncə Lənkəran “Cümə” məscidinin ərazisində qeyri-qanuni olaraq yerli Rayon İcra Hakimiyyətinin göstərişi ilə bağça tikmək barədə göstəriş verilmişdi.

Məscidin həyətində tikinti aparmaq istəyən şirkət yerli dindarların ciddi narazıçılığından sonra tikinti işlərini saxlamaq məcburiyyətində qalmışdı. Eyni halda, tikinityə etiraz edən lənkəranlılar polislər tərəfindən hədələnərək, geri çəkilməsi tələb edilmişdi.

Bir neçə gün davam edən gərginlikdən sonra tikinti işlərinə xitam verilərək qazılan ərazi torpaqla doldurulub. Bu barədə FaktXeber.com-a AİP-in Lənkəran komitəsinin sədri Hacı İlham Mustafaoğlu məlumat verib.

AİP funksionerinin bildirdiyinə görə yerli din alimləri, ağsaqqallar və dindarlardan yaradılmış bir qrup insan Lənkəran Rayon İcra Hakimiyyətində olublar. Yerli rəsmilərlə aparılan danışıqlardan sonra, məscidin zəbt edilmiş ərazisi bərpa olunub.

Hacı İlham Mustafaoğlu qeyd etdi ki, yerli dindarlar verilən bu qərarı təqdirə layiq hal kimi qiymətləndirərək, alqışlayırlar.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır