Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Ötən gün Ərdəbil şəhərində işə başlayan İslamın Qafqazda Beynəlxalq Missiyası Konfransı Ayətullah-üzma Məkarim Şirazi və Ayətullah Cəfər Sübhaninin bəyanatlarının oxunması ilə işə başlayıb. Konfransda tədbirin təşkilatçısı, vəliyyi-fəqihin ustan üzrə nümayəndəsi höccətül-islam vəl-müslimin doktor Seyid Həsən Amili çıxış edib. Cənab Amili öz çıxışında bildirib:
-İslam ümumdünyəvi din, İslam peyğəmbəri ümumbəşəri bir peyğəmbər, Quran bütün aləmdəkilərin hidayət kitabıdır. İslamın məqsədləri, idealları, şüarları, o cümlədən hökm və göstərişləri Qiyamət gününədək bəşəriyyət üçündür.
-Bu konfransda izlədiyimiz mqsədlərdən biri budur ki, bugünkü dünyada mövcud olan nizam qüsurludur və onun ən böyük eybi ayrıseçkilikdir. Bəşəriyyət insanın kəramət sifətlərindən olan ədalət və azadlığın qoxusunu ala bilmir. Buna görə də yeni nizam qurulmalı, əzabkeş bəşəriyyət, istismar edilən müsəlmanlar qara düşüncəli hakimlərin caynağından alınmalıdır.
-Xalqa ən böyük zülm onları iffətsiz bir fəzaya sürükləməkdir. Təəssüf ki, qonşu Azərbaycanda belə layihələr həyata keçirilir. Yevrovijn adlı tədbirlə, homoseksualların paradı ilə Allahla müharibəyə qalxıblar. Belə bir vəziyyətdə susmaq olarmı?! Din alimləri müsəlman və şiə məmləkətdəki bu vəziyyəti sakitcə seyr edə bilərmi?!
Rəvadırmı şiə bir məmləkətin müqəddəratı sionistlərin əlinə verilsin?
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır