Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İran İslam Respublikasının Xorasan vilayətində səfərdə olan prezidenti Mahmud Əhmədinejad əhali qarşısında çıxışı zamanı bildirib: “Düşmənlərimiz İran xalqını və onun gücünü tanımırlar”.
M. Əhmədinejad deyib ki, İran İslam Respublikası elm və iqtisadi sahələrdə çalışmalarını ikiqat artırmaqla düşmənlərini peşman edəcək: “Elə təsəvvür edirlər ki, hədə-qorxu gəlməklə xalqımızın iradəsini sındıra biləcəklər. Amma onlar böyük səhvə yol verirlər”.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır