10 may 2012 - 19:30

Sanki Səudiyyə ərəbistanı, Qətər və Türkiyədəki sünni-islamçı partiyalar ABŞ müttəfiqləri deyil İİR-sı ABŞ müttəfiqiymiş.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İran İslam Respublikasının Ankara Səfirliyindən Zaman Qəzetinə məktub ünvanlanıb. Səfəirlikdən göndərilən yazıda bildirilir: “Zaman” qəzetinin Türkiyədəki fəaiyyəti artıq sionist və ABŞ mediasının, Türkiyədəki İran İslam Respublikasına qarşı apardığı şantaj yönlü fəaliyyətlərinə heç bir yer saxlamır.

Qarşıdurma yaratmaq səyləri

Səfirliyin Zaman qəzeti Baş Redaktoru Ekrem Dumanlıya göndərdiyi məktubda, Zamanın 24 Aprel 2012 tarixli sayında bir daha İran İslam Respublikasının əleyhinə dərc etdiyi qərəzli bir yazısına toxunaraq bildirib: "Bu yazı, qəzetinizin bird aha anti-İİR, məqbul olmayan bir yanaşma içində olduğunu və Türk ictimaiyyətinin rəyində qonşu bir ölkəyə qarşı pessimist bir atmosfer yaradan, məzhəb və irqlər arası qarşıdurmanı alovlandırmaya səy göstərən qəzet olmasını göstərir".

Mediaya açıqlanan bu məktubda nələr var?

Xülasəylə Zaman Qəzetinin çirkinliklərin təqdim edirik:

* Sionizmə xidmətçilik etdiyi bəyanı var!

* ABŞ-ın istiqamətində nəşr etdiyi qiymətləndirməsi var!

* Məzhəbçilik apardığı ifadəsi var!

* İslamın içində fitnə çıxarmaq istəyli şərhi var!

* Müsəlman və qonşu bir ölkəyə rəqiblik edildiyi fikiri var!

* Sionist və ABŞ mətbuatı belə sizin qədər böhtan atmır fəryadı var!

Zaman qəzetini alan sözdə mütədəyyinlərə bu cədvəli hədiyyə edirik!

Xoşgörüş yalan, nifrət gerçək!

Zamandan İran əleyhinə xəbərlər

Baş nazir Ərdoğan liderliyindəki AKP heyətinin 25 Martda Seulda ABŞ prezidenti Barak Obama ilə görüş zamanı Zaman qəzeti yazır: “Türkiyə İrandan aldığı təbii qaz və nefti azaltmaq qərarın almış, şəxsən Baş nazir Ərdoğan mövcud İran rəhbərliyini sərt bir dillə tənqid etmişdi. Bu inkişafa paralel olaraq, Suriyaya qarşı edilən quru təbliğatın bənzəri İrana qarşı da sürətləndirildi”.

Zaman qəzetinin xeyli müddətdir İİR-a qarşı bu məzmunda apardığı qara piar son aylarda xüsusi diqqət çəkir.

Məsələn axır günlərdə Zaman qəzetində, son aylarda Suriya ilə əlaqədar aparılan qərəzli yalan xəbərlərin eynisi İran İslam Respublikasına qarşı da aparıldı. Qəzetdə "PKK sığınacaqlarında İran istehsalı əl bombaları" başlıqlı yalan bir xəbər işıqlandırıldı.

Bir başqa nümunə isə 24 Apreldə Zaman qəzetində Dr. Əli Rza Gafur imzası və "İran Sünnilərinə edilən təzyiqlər ya da Şiə məzhəbinin faşizmi" başlığı ilə dərc olunan yazı. Bu yazıda da İran İslam Respublikası və Şiə inancına qarşı düşmənçiliylə ehtiva edilən ifadələrdən istifadə olunmuşdur.

Zaman qəzetinin müxbiri Əli Ünal, bu günlərdə nümayiş olunan "İslam qardaşlığı içində Şiəlik və İran” başlıqlı yazısında açıqca nifrət və düşmənçilik ehtiva edən ifadələrdən istifadə etmişdi. Ünalın yazısı, Zaman qəzetinin son günlərdə İrana qarşı apardığı iyrənc kompaniya ilə uyğunlaşmasını göstərir.

Sanki Türkiyə deyil İİR NATO üzvüdür!

Yazısının sonunda isə Ünal, sanki Türkiyə deyil İİR NATO üzvüymüş kimi, quru təbliğat apararaq kobud ifadələrlə İran İslam Respublikasına qarşı düşmənyönlü xəbərlər yayır: "Bölgəmizdəki inkişaflara və ideal İslam qardaşlığına baxarkən bu xüsuslar və Anglo-Saxon-İsrail ittifaqı siyasətləinin İslam dünyasını daha da parçalamaq üçün onun qəlbinin dərinliyinə bir xəncər kimi Şiə ayparasını soxmağa çalışdığı və İranın da eyni paraleldə hərəkət etdiyi gözdən uzaq tutulmamalıdır."

Zaman qəzeti yazıçısı Əli Ünalın bu gün nümayiş etdirdiyi “İslam qardaşlığı içində Şiəlik və İran” başlıqlı yazısı, Şiəlik və İİR-a qarşı ehtiva etdiyi qərəzli ifadələrlə diqqətə çəkir. Sanki Türkiyə deyil İran NATO-nun üzvüymüş, sanki Səudiyyə ərəbistanı, Qətər və Türkiyə kimi ölkələrdəki sünni-islamçı partiyalar ABŞ müttəfiqləri deyil İran İslam Respublikası işğalçı ABŞ-ın müttəfiqiymiş.

İslam Respublikasın düşmən kimi qələmə verən Əli Ünalın zəhərli ifadələri ilə Zaman qəzetinin son dövrdə İİR-sı və Suriyaya qarşı apardığı qarayaxmaları uyğun gəlir. Bu da sionizim təbiğat makinasının Türkiyədə verdiyi acı bəhrəsidir.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır