Əhli Beyt -ABNA- xəbər agentliyi- “F” Tipi ilə ixlasın Amerikan qardaşlığı!
Gülümsəyib keçdim!
Ertəsi gün TGRT-ni bir daha izlədim!
Aman Allahım! Bu kanal “F” Tipinin (yəni Fətullah Gülənin) qərargahı imiş ki! O TGRT ki, onun formalaşmasında professional idarəçi olaraq böyük əməyim olub! Deyərkən xatirələr gözüm önündə canlandı!
Enver Hörənin Fəthullah Gülən üçün “iman təbliği” kimi etdiyi o dəhşətli sözləri xatırladım!
Nələr söyləmişdi?
Vallah ifşa edə bilmərəm, əgər etsəm Fəthullah Güləni təhqir etməkdə vasitəçi kimi qəti məhkum olaram!
Və əfsus dünən onları mənə söyləyən Enver Hörənin kanalında bu gün “F” Tipi fink atır!
Xeyr, bu “F” Tipi AKP kimi iqtidar partiyası deyil, yəni Təyyib bəyin “F” Tipin çox xoşlamadığı nəhayət bilinir. Başqa sözlə Enver Hörən ya da İxlas Qrupunun bu tutumu yəni “F” Tipi ilə olan yaxınlaşması zəruriliyin əksinə olan bir seçimdır!
Yaxşı, bəs o qədər birliyinin əsası nədir?
Amerikan qardaşlığıdır!
Bəli, Fəthullah Gülənin axirətdə gözləyəcəyi pis aqibətdən mənə dəhşətli şeylər söyləyən Enver bəy bu gün onunla ABŞ qardaşlığı naminə qol-qola girərək və könül-könülə verərək danışmasıdır!
Bu qırılmam ya da dönüşüm o günlərdən gördüyüm üçündür ki 10 il əvvəl İxlas Holdinq tarixində rizası ilə istefa ərizəsini yazıb ayrılan tək idarəçi bu sətirlərin müəllifidir!
ABŞ Ankara səfirliyindən İxlasın məsləhətçiliyinə yüksələn Marc Grossmanın ABŞ vətəndaşı olan Mücahid Ören ilə olan xüsusi əlaqəsinə şahid olduğum an "Hadi bana eyvallah" demişimdir! (Grossmanın aylıq yüz min dollar maaşla məsləhətçilik məsələsini TGRT öz xəbərlərində yaymışdır istəyən Google-də bunu görə bilər.)
Mənim anlaya bilmədiyim “İxlas”ın içindəki təmiz olduğuna inandığım insanların hələ də bu dəzgahı görə bilməməsi və susmasıdır!
Eyni şəkildə özlərinə mömin deyənlərin, bəzi “camaat”lar üzərindəki bu qorxunc Amerikan ipotekasına susqun qalmaları və sinəyə çəkmələri əsla aydın olan deyil!
Qiyamət əlamətləri deyilən şeylərdən biri də hərhalda bunun olması lazımdır! Baş nazir yazdığımızı 6 ay sonra təsdiqlədi! Bu deyilənləri izləyənlər yaxşı xatırlayar. Arxivimiz də ki, ortada!
Dekabr ayı baş nazir Ərdoğan üçün kolon xərçəngi oldu dedik! Bir çox kimsə dodaq bükdü! Sonra baş nazir televiziyada belə, "xərçəng deyiləm" şərhini etdi!
Və ilahi bir təcəlli!
Tayyib bəy iki gün əvvəl Adana Nümunə Xəstəxanasını gəzir. Kolon xərçəngi olduğunu öyrəndiyi xəstəyə eynilə bunu deyir: "İkimiz də eyniyik, xəstədaşıq!"
Allah söyletti deyərlər elə bir cədvəl!
Bəli, həqiqətlərin bir gün mütləq ortaya çıxmaq kimi bir xüsusiyyəti var!
Sabahattin Önkibar
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır