2 may 2012 - 19:30

Amerikada Müsəlmanların sayı 2010-cu ildə artaraq 2 milyon 600 min nəfərə çatmışdır”.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Amerikada Dinlərlə Bağlı Statistika İnistutunun təhqiqatçısı «Dail Jons» verdiyi açıqlamasında bildirib: “2000-ci ildə Amerikada müsəlmanların sayı cəmi 1 milyon idisə artıq 2010-cu ildə bu rəqəm bir dəfə yarımdan çox artaraq 2 milyon 600 min nəfərə çatmışdır”.

Dail Jons Müsəlmanların çoxalmasının əsas səbəbini son zamanlarda Amerikaya mühacrət edən Müsəlmanların və bu ölkədə yaşayan digər dinlərin ardıcıllarının İslam dinin qəbul etməsində görərək deyib: “Amerikanın bütün ştatlarında xristianlıq ilk sözü deyir və xristianların sayı digər din daşıyıcıların sayına nisbətdə qat-qat üstünlük təşkil edir. Anac bu o demək deyildir ki, bu belə olaraq da qalacaq. Gələcəkdə bunun tam əksinin olması da mümkündür.”

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır