Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Misirin Mərkəzi Seçki Komitəsi (MSK) keçmiş hökumət başçısı Əhməd Şərifə prezident vəzifəsinə namizədliyini irəli sürməsini qadağan edib.
MSK bu qərarı Misirin Keçmiş Hərbi Şurasının qanunvericiliyə düzəlişlər etməsindən sonra qəbul edib. Dəyişiklərə əsasən, Hüsni Mübarək rejiminin ali rəhbərlərinin dövlət vəzifələrində çalışması və seçkilərdə namizədliklərini irəli sürmələri qadağan edir.
Daha öncə siyasi fəaliyyətlə bağlı qanunda dəyişikliklər edilməsi Misir parlamenti tərəfindən təsdiq olunub.
Əhməd Şərik Hüsni Mübarəkin hakimiyyəti zamanı hərbi sahədə bir sıra yüksək vəzifələrdə çalışıb, həmçinin Mülki Aviasiya Nazirliyinə rəhbərlik edib və nazir vəzifəsində xidmət göstərib.
Dövlət başçısı vəzifəsinə namizədlərin yekun siyahısını Misir MSK aprelin sonunda səsləndirməlidir.
Seçkilərin birinci mərhələsi mayın 23-24-ə təyin edilib. Zərurət halında, iyunun 16-17-də ikinci mərhələ keçiriləcək.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır