Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən əliyevlərin anti-İslam siyasətlərinin davamına yeni bir fürsət yarandı. Belə ki, rejimin güc strukturu sayılan “MTN”-nin Gəncədə keçirdiyi anti-Millət əməliyyatından sonra şəhərdəki bütün Məscidlər qapadılıb.
Əldə etdiyimiz məlumata görə, dindarlara bir yerə toplaşmamaq barədə xəbərdarlıq edilib. Bütün məscidlər və ibadətgahlar rejimin nəzarəti altına alınıb, mühafizə polisi jandarmerləri onların önündə keşik çəkir.
Mövcud rejimin Gəncə şəhər icra hakimiyyətinin məmuru Elmar Vəliyevin əmri ilə dövlət və özəl qurumlarda namaz otaqları ləğv edilib. Vəliyev qəti tapşırıq verilib ki, tabeliyində olanlara ibadət etməyə icazə verməsinlər. Elmar Vəliyev dindarlara evlərində namaz qılmağı da əmr etmişdir.
Nəzərinizə çatdıraq ki, Gəncədəki məşhur İmamzadə kompleksinin təmiri üçün dövlət büdcəsindən 3 milyon manat pul ayrılmışdı. Elmar Vəliyev pulların icra hakimiyyətinə verilməsini istəsə də buna nail ola bilməmişdir. Yəqin ki, bu tarixi abidələrin pullarını mənimsəyə bilmədiyi üçün onları qpadır və yaxud yerlə yeksan edir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır