7 aprel 2012 - 19:30

Ayətullah Nuri Həmədani Azərbaycanda gedən proseslərlə münasibət bildirib.

Ruhaniler. org-un Qum muxbirinin verdiyi məlumata əsasən, İslam aləminin böyük təqlid mərcələrindən olan həzrət Ayətullah Nuri Həmədani HHQM MK sədri, MRC-nin üzvü ruhani Faiq Vəlizadə və bir sıra ruhani tələbələrlə görüşərək Azərbaycanda gedən proseslərlə maraqlanıb.

Cənab Həmədaniyə məlumat verilib ki, axır bir il ərzində Azərbaycanda 20-yə yaxın din alimi, 100-ə yaxın islamçı şərlənib zindana salınıb. Görüşdə Azərbaycan dövlətinin islamafobiya siasətləri haqqında danışılıb.

Məlumatda bildirilir ki, Azərbaycan hökuməti islamafobiya siyasətlərinin davamında fəhişəlik və pozğunluğu yaymaq niyyəti ilə bütün dini sinvolların əleyhinə mübarizəyə başlayıb və dini kitabların, təbliğat xarakterli materialların satışına qadağa qoyub. Həmçinin sionist lobbiləri tərəfindən proqramlaşdırılan çirkin Eurovision müsabiqəsi və minlərlə homoseksualın vətənimizə gəlib rəsmi və yaxud qeyri-rəsmi parad keçirtməsinə tam şərait yaradılıb .Bu müsabiqəyə milyonlarla pul xərclənib. Buna etiraz edənlər məzhəbindən asılı olmayaraq, repressialara məruz qalır, saxta ittihamlarla həbs edilir.

Deyilənləri dinləyəndən sonra Ayətullah Nuri Həmədani Azərbaycanda baş verən prosesləri tam izlədiyini və müsəlmanların durumundan xəbərdar olduğunu bildirib. Ayətullah Həmədani deyib: ”Azərbaycanda gedən islamafobiyaya, ədalətsiliyə, əxlaqsızlığa səbəb olan rejim qarşısında azərbaycanlı alimlər və ruhanilərin böyük vəzifələri vardır .”

Ayətullah Həmədani Azərbaycan ruhanilərinin nəzərinə çatdırıb ki, əgər İslam alimləri

söz və əməlləri ilə tarix boyu İslama qarşı siyasətlərə etirazlarını bildirməsəydilər, bu gün İslamdan əsər-əlamət qalmazdı. Alim bunu da işarə edib ki, ruhanilər həmişə İslam düşmənləri ilə mübarizədə ön cəbhədə dayanıblar və heç vaxt bu vəziyyətlə barışmayıblar .

Ayətullah Həmədani buyurub: ”Ruhanilər ölkənin sərhədçilərinə bənzəyirlər. Onlara vacibdir ki, düşmənin nüfuzu qarşısında və din təhlükədə olan vaxt son damla qanlarına qədər İslam dinini müdafiə edib, dini təhlükədən qorusunlar. Hal-hazırda qərb və onun nökərləri çoxsaylı layihələri İslam dinin əleyhinə icra edirlər. Azərbaycan ruhaniləri gərək öz agahlıqları ilə bu layihələrin icrasının qarşısını alsınlar .”

İslamın bu böyük təqlid mərcəsi Azərbaycan müsəlmanlarının repressiyalarına işarə ilə bildirib: ”Azərbaycan ruhaniləri özlərini şəhadətə və cihada hazırlamalı, xalqı da bu yolda ayağa qaldırmalıdırlar. Bundan başqa sionist qərargahına çevrilmiş Azərbaycanda dinə qarşı repressiyalara və işğal olunmuş torpaqlarının azadlığına münasibədə ayrı seçim qalmayıb. Qanınızı verin, dininizi, vətəninizi, namusunuzu qoruyun. Şəhid qanı hər bir hərəkatın qələbəsinə zəmanətdir. Tarix boyu məzlumların zalımlara qələbə çalmaları məhz şəhid qanı verməklə reallaşıb. Zalımlar tarixdən dərs alıb, anlamalıdırlar ki, insanlara zülümlə hökm etmək olmaz .”

Alim Azərbaycanda islamafobiya və zülmə qarşı hərəkatda vəhdət və birliyi birinci zərurət adlandırıb və buyurub ki, Azərbaycan alimləri və ruhaniləri birliyin kənarında özlərini cihada və şəhadətə hazırlasınlar! ”İslamı yaşadan, onun damarında axan qan müqavimət qanıdır. Şəhadətə hazır olan şəxs Allahdan başqa heç kəsdən qorxmaz. Canınızı ovcunuza alıb, zalımlarla və din düşmənləri ilə mübarizəyə və cihada qalxın. Mübarizəsiz nəsə əldə etmək mümkün olmayacaq !“

 

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır