Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Azərbaycanda bədnam “eurovizion”ə qarşı kompaniya parakəndə sürətdə davam edtsədə bir çox gənc və istedadlı cavanlar buna qarşı etirazın bildirir. Belə ki, şairə Xuraman Hüseynzadənin yeni şeirin oxuculara təqdim edirik.
yevrovijn
“Welcome to Baku, Eurovision”-
Deməyə dilimiz gəlmir...
Bura müharibə və
mübarizə ölkəsidi,
Sənə salam verməyə əlimiz gəlmir...
Bu qədər yoxsulun ölkəsində
sənə gərdək kimi
“Cristall Hall” tikdilər,
neçə-neçə yoxsulun evini sökdülər,
şələ-şüləsini çölə tökdülər.
Bunları bilirsənmi, Yevrovijn?
Sən tüpürüb Avropa dəyərlərinə
hər cür rəzalətin,
səfalətin baş alıb getdiyi,
insan haqlarının pozulduğu,
sözün düzünü deyənlərə
diri-diri məzar qazıldığı
bir ölkəyə gəlirsən...
*** *** ***
Uca-uca göydələnlər aldatmasın səni-
onlar xalqımıza yuxarıdan aşağı baxır...
Mavi gözlü Xəzər aldatmasın səni-
ordan çıxan neft yadların cibinə axır...
Bu ölkənin üzü milyonerlər,
astarı dilənçilərdi...
Astarı üzündən,
göz yaşları gözündən böyük
olan bir ölkəyə gəlirsən, Yevrovijn!..
*** *** ***
Sənə qurulan “Cristall” gərdəyin
Bir addımlığında
jurnalist
Elmar Hüseynovun məzarı var,
Dörd tərəfində “qul bazarı” var...
Səni
boğazımızdan kəsilən pullarla
yamanan hamar yollar,
“Qul bazarlarında” boynunu bükən “qullar”
qarşılayacaq...
*** *** ***
Sən müharibəsi bitməyən,
Gözlərinin önündən şəhid balalarının xəyalı
getməyən
qaçqın anaların ölkəsinə gəlirsən...
Sən
şəhidlərinin
qan izini lalələr örtməyən
may ayında gəlirsən, Yevrovijn...
May ayında burda Gül bayramları,
qeyd olunar,
amma may ayında xeyir iş edilməz...
*** *** ***
Deyirlər, may ayının ah-naləsi,
yaman ağırdı...
May ayının qarğışından
qurtarmaq çətin...
Yoxdumu heç vicdanın, heysiyyətin,
Axı səni bura kim çağırdı???
Xuraman Hüseynzadə
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır