2 aprel 2012 - 19:30

Hacı İlqar İbrahimoğlu: "Üç milyonluq Bakıda 1000 yeni məscidə ehtiyac var"

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Dini Etiqad və Vicdan Azadlığının Müdafiəsi Mərkəzinin rəhbəri Hacı İlqar İbrahimoğlu "Azadlıq" radiosuna verdiyi müsahibəsində bildirib ki, indi İslam dini icmaları üçün üçqat qeydiyyat var – həm komitə, həm Qafqaz Müsəlmanları İdarəsi, həm də icra hakimiyyətindən keçmək lazımdır. Bütün dünyada bu prosesin şəffaf olması dövlətin xeyrinədir. Dünyada hər bir vətəndaş bir neçə strukturun fəalıdır. Bizdə isə heç 50-100 inanclıya bir icma düşmür.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır