1 aprel 2012 - 19:30

Yan Kelli: «Azərbaycanı jurnalistləri təqiblərdən qorumağa, onlara hücum edənləri cəzalandırmağa çağırırıq»

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən ABŞ-ın ATƏT-dəki nümayəndəsi səfir Yan Kelli mətbuatın azadlığı üzrə beynəlxalq təşkilatlar koalisiyasının son bəyantını şərh edərkən bildirib: “ABŞ Azərbaycan, Rusiya və Çernoqoriyanı jurnalistlərin müdafiəsi üçün daha sərt tədbirlər görməyə və onlara hücum edənlərin cəzalandırılması məsələsini təcili həll etməyə çağırıb".

Yan Kelli dah sonra bildirib: “Bizim əsas narahatlığımız ATƏT regionunda jurnalistlərə qarşı zorakılıq və onların qorxudulması hallarının davam etməsidir. Biz müstəqil jurnalistlərə, əsasən ”Azadlıq" radiosunun Azərbaycandakı əməkdaşı Xədicə Ismayılovaya  qarşı həyəcanlı kampaniyanı dərin narahatlıqla qeyd edirik və hakimiyyəti ciddi təhqiqatın aparılmasına, günahkarların cəzalandırılmasına çağırırıq. ABŞ həmçinin hökumətlərin səfərlərin məhdudlaşdırılması üçün hüququ mexanizmlərdən, həmçinin fikir azadlığının boğulması, vətəndaşların informasiya əldə etməsinin məhdudlaşdırılması üçün inzibati maenələrdən istifadə etmək cəhdlərindən narahatıq".

  

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır