Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İran İslam Respublikasının təşəbbüsü ilə təşkil olunan dünyanın 13 ölkəsindən 150 gənc fəal "Qüdsə Doğru Yürüş" beynəlxalq karvanına start verərək artıq Türkiyənin Tasucu limanından Livanın paytaxtı Beyruta getmək üçün aralıq dənizi vastəsi ilə Livanın şimalında yerləşən Trablos şəhərinə daxil olublar.
Onların arasında Azərbaycandan fəallar da var. "Qüdsə Doğru Yürüşü" beynəlxalq karvanın Beyrutdakı proqramları məlum deyildir. Lakin onların proqramlarındakı sonuncu iş 30 mart cümə günü quru yolu ilə Livanın israil rejimi tərəfindən işğal edilmiş Fələstin sərhədinə gedərək orada israilin fələstinlilərə qarşı işğal siyasətinə etiraz etməkləridir.
Aksiyada iştirak edən iranlı şair Nasir Fayez bildirib ki, onların məqsədi Qərb ölkələrinə Fələstin məsələsinin həll olunmadığını xatırlatmaqdır. "Biz israilə və Amerika Birləşmiş Ştatlarına bəyan etmək istəyirik ki, Fələstin məsələsi hələ başa çatmayıb. Biz onlara fələstinlilərin günahsız olduğunu, onların isə zülmkar olduqlarını bildirməyə gedirik. israildən fələstinlilərin torpağını qaytarmağı tələb etməyə gedirik" - deyə, Nasir Fayez bildirib.
Qeyd edək ki, martın 30-da Qüdsdə "Qüdsə Doğru Yürüşü"nün iştirakçılarına Afrika və Avropadan olan fəallar da qoşulacaq. Fələstinlilər martın 30-nu 1976-cı ilin bu günündə İsraildə Fələstin torpaqlarının işğalına etiraz aksiyasında ölən 6 nəfərin xatirəsini yad etmək məqsədilə "Fələstin Torpağı Günü" kimi qeyd edirlər.
Xatırladaq ki, Türkiyə dövlətinin "Qüdsə Doğru Yürüşü" beynəlxalq karvanın Əfqanıstan və Pakistan nümayəndələrinə viza verməməsi ucbatından bu karvandan ayrı düşmüş fəallar hava yolu ilə Tehrandan Dəməşqə uçaraq oradan da bir qrup Bəhreyn və İranlılardan ibarət karvanla birgə Beyruta gedərək "Qüdsə Doğru Yürüşü" beynəlxalq karvanına qoşulmuşdurlar.
P.S. Pislik Türkiyəyə qaldı.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır