Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İran İslam Respublikası Prezidenti Mahmud Əhmədinejad Fələstin İşgalınin tarixi bir problem olduğunu bildirərkən sionist rejiminin varlığının müstəqil ölkələrə bir təhqir olduğunu vurğuladı.
Əhmədinejad Tehrandakı Fələstin dostlarının təşkil etdiyi konvoy iştirakçılarına xitab olaraq etdiyi çıxışda Avropa və ABŞ-ın sionist rejimin cinayətlərinə kömək etdiyini bildirərək bu xristian dövlətləri tərəfindən hər il milyardlarla israil sionist rejiminə pul köməyinin edilməsini deyə söylədi.
Əhmədinejad eyni zamanda israilin varlığını sorğulama yönündə özündən heç bir tolerantlıq göstərməyən Qərbə sərt açıqlama verdi:
"Qərb dövlətlərinin “azadlıq” məfhumunu iddia etmələrinə baxmayaraq heç kimə sionist rejiminin törətdikləri fəsadlar haqqda sual belə soruşmağa icazə verilmədiyləri kimi, sionist rejimin necə qurulduğunu da araşdırmaya belə icazə vermirlər."
İran İslam Respublikası Prezidenti aşakarcasına qeyd etdi: “Fələstin məsələsi dünyaya hakim olmaq və idarə etmək məsələsidir!”
Mahmud Əhmədinejad çıxışınının davamında dedi: "Fələstin problemi bir adam və başqa bir adam və ya bir peyğəmbər və başqa bir peyğəmbər təqibçiləri arasında yaradılan bir qarşıdurma arqumenti deyil. Məqsəd dünyanın qaynaqlarının və enerjisinin mərkəzi olan Orta şərqin mərkəz nöqtəsi olaraq Fələstində bu rejimi qurmaqdır. Budur Hegonomik məqsədlər..."
Sonda Prezident Əhmədinejad bildirdi: “Fələstinin işğalı köləlik və müstəmləkəçiliyin davamıdır. Hədəf eyni hədəfdir. Amma Fələstin dünyanın qovşağı, Peyğəmbərlərin göndərildiyi yer və güc mərkəzidir. Fələstini işğal etdikləri ilk gündən bəri, dünyaya hakim olmaq istədikləri açıqca müəyyən idi”.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır