18 mart 2012 - 20:30

Əlaəddin Bürucerdi: “İran İslam Şurası Parlamenti hökumətin nüvə proqramından geri çəkilməsinə icazə verməyəcək”

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İran İslam Şurası Parlamentinin Xarici Siyasət və Milli Təhlükəsizlik komissiyasının sədri Əlaəddin Bürucerdi deyib: “İran İran İslam Şurası Parlamenti hökumətin nüvə proqramından bir addım da geri çəkilməsinə icazə verməyəcək”.

O bildirib ki, İran İslam Respublikası nüvə proqramı ilə bağlı heç bir güzəştə getməyəcək: “Əgər “altılıq” ölkələr İİR-nın nüvə imkanlarını qəbul etməsələr, özləri bundan əziyyətini çəkəcəklər”.

 Xatırladaq ki, keçən ay ABŞ və Avropa Birliyinin İslam Respublikasının dinc nüvə proqramı ilə əlaqədar yersiz addımlar atdığı nəticəsində İran İslam Respublikası bəzi avropa ölkələrinə neft satışın embarqo qoyaraq avropanın iqtisadiyyatını demək olar ki, iflic vəziyyətinə gətirib çıxartmışdır.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır