Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İran İslam Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilən açıqlamada əliyevlər rejiminin Tehrandakı səfiri Cavanşir Axundov İİR Xİ Nazirliyinə çağırılaraq nota verilməsi bildirilib.
İran İslam Respublikası Xarici İşlər Nazirliyi əliyevlər rejimi tərəfindən İslam Respublikasına qarşı edilən uydurmaları rədd edərək səfirə bildirilib ki, Bakının bu hərəkəti 10 gün əvvəl Naxçıvanda keçirilən iclasda hər iki ölkənin xarici işlər nazirlərinin, eləcə də Azərbaycan müdafiə nazirinin Tehran səfərində əldə etdiy razılıqlara ziddir.
Görüdə həmçinin “sionist rejim”in müxtəlif ölkələrdə İran İslam Respublikasına qarşı oxşar ittihamlar irəli sürdüyü vurğulanıb, Azərbaycanın bu “kimi oyunlara girməsinin” narahatlığa səbəb olduğu bildirilib.
Xatırladaq ki, sionist rejim “mossad” agentlərinin Azərbaycan torpaqlarında İran İslam Respublikasına qarşı fəaliyyətləri, əliyevlərin işğalçı israildən küllü miqdarda ağır silah-sürsatların almasına və israil casusluq vastələrinin geniş sürətdə Azərbaycan və İİR-I sərhədi boyu yerləşdirilməsinə reaksiya olaraq keçən ay da bir həftə içində iki dəfə əliyevlər səfiri İran İslam Respubliasının Xarici İşlər Nazirliyinə çağrılaraq kəskin notalar almışdır.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır