Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən 7 aydan artıq əliyevlər Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanılan İslamazeri.az İnternet qəzetinin baş redaktoru Ramin Bayramov nəhayət məhkəmənin ona hökm çıxarmasından sonra Kürdəxanıda yerləşən həbsxanaya köçürüldü.
Vəkil Ramil Məmmədov apelyyasiya şikayətinin verilməsi haqqda hələ qəti bir qərara gəlmədiklərini bildirib.
Xatırladaq ki, mart ayının 7-də Abşeron Rayon Məhkəməsində baş redaktora hökm oxunub. Əvvəlcə rejim ittihamçısı Hacı Ramin Bayramova 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası istəyib. Amma Ramin Bayramovun vəkili Ramil Məmmədov bunu rədd edərək cəzanı şərti xarakterli verilməsini məhkəmədən tələb edib.
Bundan sonra məhkəmədə fasilə elan olunub. Fasilədən sonra hakim Şəmsəddin Abbasov baş redaktora 1 il 6 ay həbs cəzası təyin edib.
Ramin Bayramov ötən ilin avqust ayında əliyevlər rejimin güc strukturları tərəfindən zorakılığa məruz qalaraq azadlıqdan məhrum edilib. O, yalan ittihamlarla Cinayət Məcəlləsinin 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə ŞƏRLƏNMİŞDİR.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır