11 mart 2012 - 20:30

"İran formulu" əsasında hazırlanan "super betonun" dünyada tayı-bərabəri yoxdur

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən ABŞ müdafiə naziri Leon Panettanın «super silah» vasitəsi ilə İran İslam Respublikasının nüvə obyektlərinə mümkün hücumu barədə bəyanatından sonra İran İslam Respublikasının alimləri «superbeton» yaratdıqlarını bildiriblər.

Onun tərkibinə yüksək təzyiqə dözə bilən və materialın möhkəmliyini təmin edən kvars tozu və xüsusi liflər daxildir. Bu cür beton yeraltı nüvə obyektlərini ehtimal olunan bomba və raket zərbələrindən qorumaq qabiliyyətinə malikdir.

Çox möhkəm beton  «İran formulu» əsasında hazırlanıb və dünyada onun tayı-bərabəri yoxdur.

İslam Hökumətinin nümayəndələri materialın dinc məqsədlər üçün yaradıldığını, buna baxmayaraq, yearltı obyektlərin hava zərbələrindən müdafiəsi üçün də istifadə ediləcəyi bildirilib.

Emilya

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır