Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İşğalçı İsrail Rejiminin kəşfiyyat orqanı olan MOSSAD-ın keçmiş rəhbəri Meir Daqan “CBS News” telekanalına açıqlamasında, hazırda sionist rejim rəsmilərinin Tehrana qarşı yanlış siyasətlər yürütdüyünü bildirib.
O, bir daha İran İslam Respublikasının siyasi arenada rəqibsiz oyunçu olduğuna etiraf edərək deyib: “Bu gün İran bölgədəki ən ağıllı aparıcısıdır”.
Meir Daqan deyib ki, İran atacağı hər addımı onun doğuracağı nəticələri ilə birgə qiymətləndirib. “Hazırda Tehranın nüvə fəaliyyətlərinin qarşısının alınması məsələsində hərbi yola əl atmaq ağılsızlıqdır. Çünki İrana hər hansı bir hərbi müdaxilə israilin məhvi deməkdir. Ona görə də bu ölkəyə hücum etməyin zamanı deyil”.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır