6 mart 2012 - 20:30

Jurnalist Ramin Bayramovun 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən əliyevlər rejiminin anti-İslam siyasətləri səngimək bilmir. Dindar kəsim günü-gündən rejimin güc strukturları tərəfindən təqib və təhqir olunur. Belə ki, bu gün Abşeron rayon Məhkəməsində “İslam-azeri.az” internet qəzetinin baş redaktoru Ramin Bayramovun barəsində qaldırılan qondarma cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Vəkil Ramil Məmmədovun verdiyi xəbərə görə, prosesdə rejim ittihamçısı çıxış edərək, ŞƏRLƏNƏN şəxsin 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Müşavirədən sonra rejim hakimi hökmü elan edib. Hökmə əsasən, R. Bayramov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, R. Bayramov 2011-ci il avqustun 11-də heç bir günahı olmadan əliyevlər rejimi tərəfindən amansızcasına təhqir olunaraq saxlanılıb. Zorakılıq zamanı əliyevlər təhlükəsizlik nazirliyinin əməkdaşları onun üzərinə narkotik vasitə ataraq. Mənzilində isə tapança, yeddi ədəd güllə və daraq yerləşdirmişdir.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır