Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Türkiyəli müsəlman, araşdırmaçı yazar Nürəddin Şirin, Konyada Anadolu Gənclik Dərnəyinin təşkil etdiyi "Şəhadəti tapanlar" gecəsi adlı konfransda iştirak edib.
Konfransda ölkənin bir çox tanınmış insanları da iştirak edib və nitq söyləyiblər. Məclis Quran tilavəti ilə başlayıb. Lakin Azadxeber.az saytı, əziz oxuculara bu konfransda söylənən sözləri deyil məhz Nürəddin Şirin cənablarının tarixə düşə biləcək sözlərini təqdim edib.
"Bir insan batilə xidmət etsə hidayətdən çıxar. Amma kafir olmaz. Elə insanlar var ki, gecələri səhərə qədər namaz qılar, nizamlı ibadətini edər amma batilə xidmət edər. Bunlar kafir olmaz. Biri mən müsəlmanam deyirsə onu müsəlman qəbul etmək məcburiyyətindəyik. 70 milyonluq müsəlman bir ölkədə yaşayırıq və dindarların sayı da yetərincədir. 80 il İnsanları İslamdan azdırmaq üçün asıb kəsdilər. Zülm etdilər. Bütün bunlara baxmayaraq yenə də dindarların sayı xeylidir. Dindarlara hər zaman zülm edilib. Müsəlmanları əzmək və yox etmək üçün bir çox layihələr ortaya qoyulub. Bu cür "Şəhidlik gecələri" haqqın batildən ayrılması üçün, yəni Furqan üçün əhəmiyyətlidir. Furqanın izah edilməsi üçün bu cür gecələr çox əhəmiyətlidir."
Amerikaya məxsus atın üzərindən Osmanlı qılıncı sallanmaz.
"Müsəlmanları mülayim İslam adı ilə aldadırlar. Hörmətli xarici işlər naziri Amerikaya sizə minnətdarıq, təşəkkür edirik deyir. Bir zamanlar one minute deyənlər, İsraillilərə qatil deyənlər harada? Bunun cavabı İsrailin müdafiə olunması üçün qurulmuş olan mərmilərin olduğu Malatya Kürəciyində. Bax buna görə bizləri mülayim İslama doğru aparanlardan qorxmalıyıq. İngiltərə, İsrail və Amerikadan deyil. Onların mövqeyi onsuzda bəllidir. Bir konfransda jurnalistlərdən biri, Baş Nazirin bu cür layihələri izah edərkən belə bir söz dedi: "Hörmətli Baş Nazir, Amerikaya məxsus atın üzərindən Osmanlı qılıncı sallanmaz" düşünürəm ki, elə bu söz bütün hadisələrə aydınlıq gətirməkdədir."
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır