23 fevral 2012 - 20:30

Ramin Bayramovun mühakiməsi martın 6-da başlanılacaq

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən fevralın 23-də Xırdalan Şəhər Məhkəməsində keçirilən hazırlıq iclasında “İslamazeri.az” saytının baş redaktoru Ramin Bayramovun mühakiməsinin martın 6-da başlamasına qərar verilib. 

Ramin Bayramov ötən ilin avqust ayında əliyevlər rejimi tərəfindən həbs olunub. O, mövcud rejimin Cinayət Məcəlləsinin 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə ŞƏRLƏNİLƏRƏK günahlandırılır.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır