23 fevral 2012 - 20:30

Əhməd Vəhidi: “Azərbaycan rəsmiləri iki ölkə arasındakı əlaqələri pozmağa çalışan bəzi qrupların fəaliyyətini nəzarət altında saxlamalıdır”.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən fevralın 23-də İran İslam Respublikasının müdafiə naziri Əhməd Vəhidi jurnalistlərə açıqlama verib.

Əhməd Vəhidi açıqlamasında İran-Azərbaycan münasibətlərindən də danışıb.

Nazir son günlərdə Azərbaycan Respublikasında bir qrup iranlının tutulması barədə yayılan məlumatlara toxunub: “Ümid edirəm ki, Azərbaycan Respublikası rəsmilərinin görəcəyi tədbir nəticəsində hansısa bir hadisə baş verməyəcək”.

Vəhidi sionistlərin azərbaycanla İİR-nın əlaqələrinə xələl gətirməsinə işarə edərək dedi: “Bəziləri İranİslam Respublikasının qonşuları ilə yaxşı münasibətlərinin olmasını istəmir və öz əsassız bəyanatları ilə iki ölkə arasındakı münasibətlərə xələl gətirməyə çalışırlar”.

Sonda İslam Respublikasının müdafiə naziri Əhməd Vəhidi bir daha əliyevlərə məsləhətin verərək deyib: “Azərbaycan rəsmiləri iki ölkə arasındakı əlaqələri pozmağa çalışan bəzi qrupların fəaliyyətini nəzarət altında saxlamalıdır”.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır