22 avqust 2026 - 12:11
Qəzzada atəşkəs elan olunandan sonra işğalçı sionistlər 5,4 mindən çox günahsız insanları qətlə yetirib və yaralayıb

Nazirliyin gündəlik hesabatına görə, son 24 saat ərzində yaralarından həyatını itirmiş beş nəfərin meyiti xəstəxanaya çatdırılıb, daha bir yaralı isə tibb müəssisəsinə yerləşdirilib.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Fələstinin Qəzza zolağındakı Səhiyyə Nazirliyi İsrail işğalçı rejimin hücumları nəticəsində ölən və yaralananların sayının artmaqda davam etdiyini açıqlayıb.

Nazirliyin gündəlik hesabatına görə, son 24 saat ərzində yaralarından həyatını itirmiş beş nəfərin meyiti xəstəxanaya çatdırılıb, daha bir yaralı isə tibb müəssisəsinə yerləşdirilib.

Bildirilib ki, ölən və yaralananların bir qismi hələ də dağıntılar altında və küçələrdə qalır. Xilasetmə və mülki müdafiə qüvvələri onlara çatmaq imkanının məhdud olması səbəbindən həmin şəxsləri çıxara bilməyib.

Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, ötən il oktyabrın 11-də atəşkəs elan olunandan bəri yəhudi işğalçıları 1 259 günahsız fələstinlilini qətlə olyetiribub, 4 146 nəfəri yaralayıb. Bundan başqa, 807 nəfərin cəsədi dağıntılar altından çıxarılıb.

Nazirlik bildirir ki, İsrail sionist rejimin Qəzza zolağına hücumları atəşkəs elan edilməsinə baxmayaraq davam edir və nəticədə mülki əhali ilə yanaşı, müxtəlif infrastrukturlar da zərər görür.

Məlumata görə, İsrailin Qəzza zolağına hücumlarının başlanmasından indiyədək ölənlərin ümumi sayı 73 387 nəfərə, yaralananların sayı isə 174 257 nəfərə çatıb.

Fələstin Səhiyyə Nazirliyi Qəzza zolağında humanitar vəziyyətin davam edən hücumlar və mövcud məhdudiyyətlər səbəbindən daha da ağırlaşdığını bildirib.

Sizin rəyiniz

You are replying to: .
captcha