15 fevral 2012 - 20:30

Tehran, artıq öz uranını zənginləşdirəcək və öz reaktorlarının yanacağını təmin edəcək.

Əhli Beyt -ABNA- xəbər agentliy Avropa və ABŞ Tehranın nüvə proqramını dayandırmasın tələb etdiyi zaman İran İslam Respublikasının rəhbərliyi uranın zənginləşdirməsi ilə düşmən qüvvələrə meydan oxudu.

İslam Dövləti nüvə proqramında yeni bir mərhələyə keçdiyini elan etdi.

HƏSSAS VƏ MÜRƏKKƏB ZAMAN

Uran zənginləşdirmək üçün İran İslam Respublikası P1 modelli santrifuj cihazları istifadə edir. Santrifujlər çox həssas və mürəkkəb maşınlardır, onları yuxarıdan doldurulan paltaryuyan maşın kimi təsəvvür edə bilərsiniz.

Lakin bu maşınlar saniyədə 1000 aşırt sürəti ilə havasız mühitdə fırlanar və bu yüksək dövrüyyə nəticəsində uran 235 əldə edilir.

Yüzdə 20 nisbətinə qədər zənginləşdirilmiş uran tibb və elmi işlərin bir çox sahələrində istifadə edilir, lakin zənginləşdirmə əməliyyatı yüzdə 93 nisbətinə çıxardılsa nüvə silah əldə edilə bilər. Və ancaq yüzdə 100-ə çatılması vəziyyətində dənizaltı və ya kosmik gəmilərinin nüvə enerjisi təmin edilməsi mümkündür.

Uran zənginləşdirmək üçün qurulan 4. nəsil santrafuj dünən elan edildi. Qeyd edək ki, İran İslam Respublikası Dövlət televiziyasında yerli imkanlar sayəsində əldə edilən santrifuj ilə daha çox uranı daha sürətli şəkildə zənginləşdiriləcəyi elan edildi.

İLK YERLİ NÜVƏ ÇUBUQLAR

Tahran Araşdırma Reaktorunda dünəndən etibarən yerli istehsal olan nüvə yanacaq çubuqları və dördüncü nəsil santrifujlər istifadə ediləcək.

İran İslam Respublikasının istehsal etdiyi ilk nüvə yanacaq çubuqları, Tahran Nüvə Araşdırma Reaktoruna, dövlət televiziyasında canlı yayımlanan mərasimdə yükləndi.

Mərasimin açılışın Respublika başçısı Mahmud Əhmədinejad etdi.

Tehran Yanvar ayında nüvə enerji stansiyalarında istifadə ediləcək yanacaq çubuqlarının istehsal və sınaq müddətlərini müvəffəqiyyətlə tamamlandığını açıqlamışdı. Bu elmi inkişaf, İran İslam Respublikasının nüvə proqramına aid olan işlərdəki irəliləyişlərin önünü almaqdan ötrü tətbiq olunan beynəlxalq sanksiyaların təsirsiz olmasının əməli göstəricisidir.

İRAN: MƏCBUR QALDIQ

Tehrandakı araşdırma reaktorunda tibbdə və əkinçilikdə istifadə edilən radyoaktif izotoplar çıxarılır.

İslam Respublikasının səlahiyyətli nümayəndələrinin verdikləri açıqlamalarda bildirmişdilər ki, xaricdən idxal etdiyimiz və  ehtiyatda saxlanılan radyoaktif izotopların qısa bir müddət ərzində tükənməsi gözlənilirdi. Ölkəmizə qoyulan beynəlxalq sanksiyalara görə xarici yanacaq çubuqlarının yerinə yenilərini almaqdan ötrü aparılan danışıqlarda müvəffəqiyyət əldə edilə bilmədiyimiz üçün öz yanacaqlarımızı istehsal etmək məcburiyyətində qaldıq.

İRAN NÜVƏ OBYEKTLƏRİ 5 NÜVƏ ŞƏHİDİN ADINI DAŞIYACAQ

İran İslam Respublikasının Nüvə Sahəsində əldə etdikləri naliyyətlərin rəsmi açılış mərasimində bu ölkədəki nüvə təsisatlarının adlarını 5 nüvə şəhidlərinin adları ilə dəyişdirilməsi rəsmən elan edildi.

Fordo uran zənginləşdirmə obyekti Şəhid Məsud Əli Muhəmmədi, Nətənz uran zənginləşdirmə obyekti Şəhid Mustəfa Əhmədi Roşən, Nətənzin 8S uran zənginləşdirmə obyekti Şəhid Rıza Qəşqayi, Pərdis atom enerji təşkilatının mərkəzi Şəhid Şəhriyari və Tehran Pərdis kompleksinin mərkəzi saytı Şəhid Daryuş Rızayinejadın adı ilə rəsmi sürətdə əvəz edildi.

YERLİ İSTEHSALI OLAN SANTRİFUJLƏR NƏTƏNZ SAYTINDA İŞƏ SALINDI

Nüvə yanacaq çubuqlarının Tehran Nüvə Araşdırma Reaktoruna yüklənilməsi ilə yanaşı İran İslam Respublikasının yerli istehsalı olan santrifujlərin yeni modeli Nətənz Nüvə saytında müvəffəqiyyətlə quraşdırılaraq istifadəyə verildi.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır