ƏhlI Beyt -ABNA- xəbər agentlIyInIn verdIyI xəbərə əsasən Fransa məclisi, ilk və orta dərəcəli məktəblərdəki hicab qadağasının sahəsini genişləndirmək üçün hazırlaşır.
Məclisin gündəminə gələn qanun təklifi, məktəblərə dini simvol və işarələrlə gedilməməsi mövzusundakı qadağanın məktəb bufetlərində işləyənlərə, əsas və hətta bələdiyyə məktəblərinə tətbiq edilməsini nəzərdə tutur.
Qeyd edək ki, qanun təklifini Senatdakı radikal sol partiya senatoru Francoise Laborde verib.
Xatıladaq ki, Fransa parlamenti, 2004-cü ildə dini simvol və simvollarla məktəbə gedilməsinə qadağan edən qanunu təsdiqləmişdi.
DIqqət: Xəbərdən IstIfadə etdIkdə mənbəyə IstInad lazimdir