Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İran İslam Respblikası ələ keçirdiyi abş Mərkəzi Kəşfiyyat İdarəsinə məxsus “RQ-170” tipli pilotsuz casus təyyarəsini dünən paytaxt Tehran şəhərində, Azadlıq meydanında İslam İnqilabının 33-cü ildönümü münasibətilə keçirilən təntənəli bayram mərasimində nümayiş etdirib.
Sepahın (İran İslam İnqilabı Keşikçilər Korpusunun) Hava-Kosmik Qüvvələrinin yeni analoqu olmayan naliyyətlərindən biridə ələ keçirtdikləri RQ-170” tipli pilotsuz casus düşmən təyyarəsini təmir edərək işlək vəziyyətə gətirməsidir.
Xatırladaq ki, 2010 dekabrın 4-də İran İslam İnqilabı Keşikçilər Korpusunun Silahlı Qüvvələri ölkənin şərqində, Əfqanıstan sərhədindən təxminən 225 km içəridə, Kaşmar şəhəri yaxınlığında böyük şeytan sayılan abş Mərkəzi Kəşfiyyat İdarəsinə məxsus “RQ-170” tipli pilotsuz casus təyyarəsini ələ keçirmişdir.
Bu müasir pilotsuz təyyarə olduqca mürəkkəb bir sxema üzrə düzəldilmiş və kənar amillərin ona nüfuz etmək istədikləri halda düşmən əlinə düşməməkdən ötrü təyyarə proqrama uyğun olaraq avtomatik özünü partladmaq qabiliyyətinə malikdir.
Sepahın təyyarəni kənardan idarə edərək asanlıqla bütün maneələri dəf edib İran İslam respublikasının torpağı üzərinə endirmələri Allah Ordusunun hansı həddə ən müasir texnologiya sahəsində irəlilədiklərinin göstəricisidir. Məhz buna görə də abş prezidenti Barak Obama İran İslam respublikasından təyyarəni onlara geri qaytarmağı zəlilanə yalavararaq təmənna etmişdir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır