12 yanvar 2012 - 20:30

Peyğənbər həzrətləri (səlləllahu əleyhi və alih): “Həqiqətən Hüseyn (əleyhis səlam) üçün möminlərin qəlbində əbədi, sönməz bir hərarət var!”

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Ərbəin günü münasibəti ilə 10 minlərlə Hüseyn Aşiqləri İraqın müxtəlif şəhərlərindən yüzlərlə kilometri piyada, ayaqyalın Aşiqlər Məkanı olan Kərbalaya, Mövla Hüseynlə (əleyhis səlam) əhdi-peyman bağlamaqdan ötrü gedirlər.

Artıq bəziləri Kərbalaya çatmış digərləri isə hələdə yoluna davam etməkdədir. İmam Aşiqləri yol boyu ABŞ işğalçılarının müzdurları vəhhabi kölələrinin vandallığını nəzərə almayaraq bütün təhlükələri canla və başla qəbul etməyə hazır olduqlarını əyani sübut edirlər.

İlahi Səni İmam Hüseynə (əleyhis səlam)  and veririk bütün Dünya Şiələrinin izzətin artıq eylə! İraq hökümətin dahada Şiəliyi və Əhli Beyt məktəbini yaymaqda müvəffəq eylə! Amin ya Rəbbəl Aləmin.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır