9 yanvar 2012 - 20:30

İran İslam Respublikası səfirliyi: İranın Milli İnternet sisteminin məqsədinin daxili internet şəbəkəsini xaricdən təcrid etmək olduğuna dair iddialar ağ yalandır Abbas İsgəndəri: “İran İslam Respublikası İslam oyanışını hərtərəfli alqışlayır və dəstəkləyir. Hiss olunur ki, belə bir fikir (yəni İslami Oyanış məfkürəsindən qorxmaq) o ölkələr tərəfindən ortaya qoyulur ki, onların özlərində bununla əlaqədar bur qorxu var”.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Abbas İsgəndəri Azərbaycanın bəzi KİV-ləri ilə bağlı açıqlamasında deyib: “Son günlər imperialist qüvvələrə xidmət edən kütləvi informasiya vasitələri yalan xəbər yayaraq, İranın dünya ilə internet əlaqəsinin kəsildiyini iddia etdilər. Bu yalan xəbər Azərbaycan Respublikasında da ABŞ və sionist dairələrə bağlı olan, daima öz tamaşaçılarını aldadıb, ələ salmaqla məşğul olan KİV-lərdə geniş şəkildə yayımlanıb”.

Abbas İsgəndəri İnternet əlaqənin kəsilməsinin texniki problem olduğunu və bu problem yarım gün davam etdiyini deyərək bildirib: Mütəxəssislərin səyləri nəticəsində bu problem aradan qaldırıldı. Ümumiyyətlə, bütün sahələrdə, xüsusilə də rabitə sahəsində böyük texnologiyaların əldə olunduğu və inkişaf etdiyi indiki dünyamızda belə bir şey ümumiyyətlə mümkün deyil. Ölkə vətəndaşlarının internet vasitəsilə dünya ilə əlaqə qurmasında heç bir problem yoxdur.

O sözünə davam edərək bildirib: Mən burada başqa bir mövzuya da toxunmaq istərdim. Hazırda İranda yeni bir layihə hazırlanır, bu da milli internetin yaradılması və sahmana salınmasıdır. Lakin çox təəssüf ki, bu sahədə savadı və kifayət qədər məlumatı olmayan adamlar bu məsələni onunla heç bir əlaqəsi olmayan və cəmi yarım gün davam edən texniki problemlə bağlamağa və böyük, yanlış və həqiqətə uyğun olmayan xəbəri ictimaiyyətə sırımağa çalışdılar. Bəzilərinin çox məqsədyönlü şəkildə ortaya atdığı belə bir yalan məlumat həqiqət ortaya çıxanda onu yayanların özlərinin nüfuzuna və imicinə ağır zərbə vurdu. Təəssüf ki, bəzi media vasitələri də doğruluğunu yoxlamadan bu xəbəri yaydılar.

Bu, İran həqiqətlərini başqa şəkildə çatdırmağa yönələn və bundan əvvəllər də olmuş səylərin davamıdır. İslami oyanışdan o ölkələr qorxmalıdırlar ki, bunu özlərinə bir təhdid kimi görürlər. Lakin İran İslam Respublikasının fikrincə, ölkənin Ali Dini Liderinin buyurduğu kimi, ərəb ölkələrində baş vermiş bu islami oyanış islam dəyərlərinə bir qayıdışdır, İslami bir oyanışdır. Nəzərə alaq ki, İran İslam Respublikasının özü İslam Sivilizasiyasına bir daha qayıdış məfkurəsini öz inqilabı ilə ortaya qoyub. Buradan aydın olur ki, bu, İrana qarşı bir təhdid deyil, əksinə, İran İslam Respublikası bu İslam oyanışını hərtərəfli alqışlayır və dəstəkləyir. Hiss olunur ki, belə bir fikir (yəni İslami Oyanış məfkürəsindən qorxmaq) o ölkələr tərəfindən ortaya qoyulur ki, onların özlərində bununla əlaqədar bur qorxu var”.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır