Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İran İslam İnqilabı Keşikçilər Korpusunun (Sepah) Dəniz Qoşunlarının komandanı, admiral Əli Fədəvi media qarşısında çıxış edərək deyib: “Dünya Fars körfəzinin enerji qaynaqları olmadan 24 saat belə davam gətirə bilməz”.
Əli Fədəvi İran İslam Respublikasının Hörmüz boğazını bağlayıb-bağlamayacağı haqda suala cavabında isə bunu indiyə qədər dəfələrlə sınaqdan keçirdiklərini bildirib.
Sepahın admiralı həmçinin bu gün dünyanın Hörmüz boğazından keçən neft olmadan da ayaq üstə qalmasının mümkünsüz olduğunu vurğulayıb.
Lloyd’s-un (Beynanxalq dəniz statistikası təşkilatının) verdiyi məlumata görə, dünyada qlobal dənizlə nəql ona neftin 40%-i Hörmüz boğazından keçir. Hər gün 15-17 mln barrel neft oradan tankerlər ilə daşınır. Bu Fars körfəzində satılan neftin 90%-dır.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır