Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: “İran İslam Respublikası Prezident Administrasiyasınım beynəlxalq əlaqələr şöbəsinin baş direktoru Məhəmmədrza Furqani açıqlamasında deyib: “İran İslam Respublikası prezidenti Mahmud Əhmədinejad Latın Amerikası ölkələrinə beş günlük səfərə yola düşüb”.
O bildirib ki, cənab Əhmədinejadın ilk səfəri Venesuelaya olacaq: “M.Əhmədinejad sabah Tehrandan Karakasa uçacaq və orada Venesualeanın prezidenti Uqo Çaveslə görüşəcək. Prezidentlərin ikili görüşməsində İran-Venesuela əlaqələrinin daha da inkişaf etdirilməsi, regional, həmçinin beynəlxalq məsələlər müzakirə ediləcək”.
Məhəmmədrza Furkani əlavə edib ki, İran İslam Respublikası prezidenti daha sonra Nikaraqua, Kuba və Ekvador ölkələrinə də səfər edəcək: “M.Əhmədinejadın digər dövlətlərə səfərində də ölkələr arasında əlaqələrin və əməkdaşlığın daha da inkiaşf etdirilməsi kimi məsələlər müzakirə ediləcək”.
Qeyd edək ki, M.Əhmədinejadın Latın Amerikası ölkələrinə səfəri İran İslam Respublikasının bölgə dövlətləri ilə əlaqələrinin inkişaf etdirilməsi məqsədi daşıyır. ABŞ və Avropalı rəsmilər İran İslam Respublikası prezidentinin bu səfərdən bərk hürküyə düşdüklərini gizlətmirlər.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır