Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İran İslam Respublikasının hərbi rəhbərliyi ABŞ-dan Fars Körfəzi regionuna bir daha aviadaşıyıcı göndərməməyi tələb edib.
“Reuters”ə istinadən verdiyi məlumata görə, İslam ordusunun baş komandanı, general-mayor Ataolla Salehi İran İslam Respublikasının bu xəbərdarlığını təkrar etməyəcəyini bildirib: “Düşmən aviadaşıyıcısı Hörmüz boğazına bizim təlimlərlə əlaqədar gəlmişdi. Mən tövsiyə və israr edirəm ki, Amerika aviadaşıyıcısı bir daha bu bölgəyə qayıtmasın”.
A. Salehi Vaşinqtona xəbərdarlıq edib ki, təlimlər keçirilən zonanı tərk edən aviadaşıyıcı geri qayıdarsa İran İslam Respublikası cavab tədbirləri görəcək: “Biz bir dəfədən artıq xəbərdarlıq etməyə öyrəşməmişik”.
Xatırladaq ki, İran İslam Respublikasının Hərbi Dəniz Qüvvələrinin “Vilayət-90” adlı təlimləri ötən il dekabrın 24-də başlayıb və 10 gün davam etməsi nəzərdə tutulub. Təlimlər Hörmüz boğazından Oman Körfəzi qədər olan 2 min kilometrlik beynəlxalq suları əhatə edir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır